Əsas Səhifə > Siyasət, Manşet > Kiçikbəyovun səfərbərlik sistemindəki BÖYÜK İŞLƏRİ...

Kiçikbəyovun səfərbərlik sistemindəki BÖYÜK İŞLƏRİ...


26-05-2023, 09:24
Kiçikbəyovun səfərbərlik sistemindəki BÖYÜK İŞLƏRİ...
Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik.

"Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Müəmmalı fəaliyyətinə rəğmən birdən birə general rütbəsinə yüksələn və xidmətin mərkəzi aparatında yüksək vəzifə alan digər bir şəxs Çingiz Kiçibəyovdur.

Onun xidməti fəaliyyəti dövründə yol verdiyi ciddi nöqsanlar, Quba və Sabunçu rayonlarının hərbi çağırışçıları, onların valideynlərinə yaratdığı süni əngəllər bir dosye kimi cildlənə bilər. Hərbi Prokurorluq SHXÇDX-nin bu fiquru ilə bağlı araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.

Belə ki, cumhuriyyet.az olaraq ölkə mediasında yer alan xəbərlərə istinadən bildirək ki, Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba, Sabunçu və Suraxanı rayon şöbəsində "hərbi bilet bazarı” ilə ad çıxarıb.

Məlumatlara görə Ç.Kiçibəyov hazırda da Xidmətdən bütün rayonlar üzrə möhlət hüququ və yararsızlıq məsələlərini monopoliyaya alıb. Bütün bu faktorlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisinin Ç.Kiçibəyovla bağlı lazımi qərar verəcəyini labüdləşdirir.
//Cumhuriyyet.az//
Geri qayıt