Əsas Səhifə > Siyasət, Manşet > Yeni nazir bu məsələ ilə bağlı ARAŞDIRMA BAŞLATSA...
Yeni nazir bu məsələ ilə bağlı ARAŞDIRMA BAŞLATSA...30-05-2023, 11:26 |
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin Zərdab DAİM-də sabiq baş məsləhətçisi, Zərdab Rayonu Dəkkəoba kənd sakini Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən yeni faktlar açıqlanıb. DİA.AZ sabiq KTN əməkdaşının yeni nazir Məcnun Məmmədova xitabən açıqladığı ilginc iddiaları təqdim edir: "Mustafayev Füzuli Maqsud oğlu 2020 cu ildə 100 hektar, 2021 ci ildə 100 hektar əkin bəyan edərək subsidiya almışdır.2022 ci ildə Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməni Çıxarışla əvəz edəndə vətəndaşın 100 hektar deyil cəmi 41.7 hektar əkin sahəsi olduğu müəyyən edilmişdir. 2021 ci ildə həmin ərazidə yoxlama aparan Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit sektorunun müdiri Ramin Əhmədov bu faktı aşkar edərək akta salsada sonradan bu məsələ o zaman kı Nazir İnam Kərimovdan gizlədildi və hüquq mühafizə orqanlarına göndərilən sənədlərin arasından bu sənəd götürüldü. Təkcə 2020 -2021 ci illərdə bu sənəd üzrə alınmış 120 hektar əkinə görə subsidiya məbləği Kənd Təsərrüfatı Nazirliyinin hazırkı aparat rəhbərinin müavini ,eyni zamanda daxili nəzarət və audit idarəsinin rəisi Fuad Mayılov tərəfindən fermerə nəyə görəsə hədiyyə edildi.Yeni Nazir cənab Məcnun Məmmədovdan bu məsələnin yenidən araşdırılması ,Fuad Mayılov və qohumu Ramin Əhmədov , bu məsələni bilsədə hansısa səbəbdən gizlədən Firidun Tagıyev barəsində tədbir görülməsini xahiş edirəm.2021 ci ildə Zərdab rayonunda monitorinq şousu yaradıb hər iki gözdən əlil olan fermerin 561 manat pulunu geri qaytarmağı təmin edən Fuad Mayılov və yaxın qohumu Ramin Əhmədov bu düzgünlüyü ,iradəni niyə daha böyük məbləglərdə ortaya qoyub dövlətin pulunu geri istəmirlər.Səbəbi nə ola bilər?" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |