Əsas Səhifə > Siyasət, Manşet > Buralarda Azərbaycan qanunları işləmir?..

Buralarda Azərbaycan qanunları işləmir?..


8-06-2023, 08:28
Buralarda Azərbaycan qanunları işləmir?..
Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir. İnkişafı demək olar avropa ölkələrindən geri qalmır. Dünyanın tanınmış siyasətçiləri, pop ulduzları ölkəmizə səfər edir. Xoş təəssüratlarını sosial şəbəkələrdə bölüşürlər. Bunlarda təbiiki, ölkəmiz üçün və ölkəmizin vətəndaşları üçün böyük qürur hissidir.

Turistlərin son zamanlar ölkəmizə səfər etməsi isə bir başqa sevinc hissidir. Amma çox təəsüflər olsun ki, bunlardan istifadə edən bəzi restoran, "gecə klubları" işlədən işbazlarda var. Hətta vəziyyət o yerə gəlib çatıb ki, bəzi "gecə klubları"nda iran, ərəb ümumiyyətlə əcnəbilər ölkəmizin vətəndaşlarından üstün tutulur.

Bu cür klublardan birdə, paytaxt Bakının mərkəzi olan Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən "Extra” gecə klubudur. İnformasiyalı mənbənin "Azərbaycan Reallığı"na verdiyi məlumat isə sözün əsl mənasında bizlərdə təəccüb yaratdi. Sözügedən məkanın icaradarı Dilsuz Dəmirçiyevdir. Bu şəxsin adı mətbuatda bir çox qalmaqallarla yadda qalıb. Belə ki, Dilsuz Dəmirçiyev 2018-ci ildə İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan mərhum etdiyinə görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Kifayət qədər ağır maddələrlə həbs olunan və Bakıda "Klublar kralı” kimi tanınan Dilsuz Dəmirçiyev qısa müddətdən sonra müəmmalı səbəblərdən azadlığa buraxılıb. Bakı şəhərində fəaliyyət göstərən "Ellips”, "Otto”, "Süfrə”, "Status” "Malibu” adlı məşhur gecə klublarının sahibi Dilsuz Dəmirçiyev Vergilər Xidməti (keçmiş Vergilər Nazirliyi) ilə də ciddi problemlər yaşayıb. O vergidən yayınmağa görə, 2019-cu ildə məhkəməyə verilmişdi.

Demək olar ki, hər il bir qalmaqalla hüquq-mühafizə orqanları tərəfindən araşdırma mövzusu olan Dəmirçiyev Dilsuz Kazım oğlu müəmmalı olaraq həbslərdən yayına bilib. Dəmirçiyevin həbsxana yolu bununlada kifayətlənmir. O gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halına görə yenidən həbs edilib. Nədənsə "klublar kralı" bu dəfə də həbsdən canını qurtara bilib.

Daha sonra mənbə əlavə edir ki, Kral Dilsuz Dəmirçiyev "Extra” gecə klubununda icarədarıdır. Sözügedən klub ərəb və iran mənşəlli insanların ən çox toplaşdığı məkandır. Bu məkana təkcə giriş üçün 30-40 manat ödəməlisən. İçərdə qiymətlər isə çox fantastik dərəcədədir.

Ərəblərin oturduqu masaların hesabı 5000-6000 manat olur. Buraya gələn öz ölkəmizin vətəndaşlarına xidmət göstərilmir. Onlar aşağılanır hətta restoranı Dilsuz Dəmirçiyevin yaxın bir qohumu var ki, hansısa müştəri narazılıq edəndə deyir biz ölkədə qanun tanımırıq. Hansı jurnalist buradan yazarsa, onu aparıb həyatı başa salarıq, qolunu qabırğasını belini və.s yerini qırarıq.

Dilsuz Dəmirçiyev onun qohumları və ətrafında olan bəzi qoçu dəstələri yəqin düşünmürlər ki, bura Azərbaycandır. Burada zor, hədə-qorxular yox qanunlar işəyir. Bu emosiya ilə danışan şəxlər təbi ki, "dövlət", "vətən" , anlayışı nə olduğunda anlamazlar. Avropa ölkəsində hansısa xarici vətəndaşı avropalı yerə tüpürdüyünü görərsə dərhal yaxınlaşıb üzünə tüpürürlər ki , sənin mənim torpağımı murdarlamaq haqqın yoxdur. Amma bunlar pula görə ərəbin, iranlının hüququn öz vətandaşlarmızdan daha üstün tutur. Görünən odur dövlət anlayışı bunlar üçün ən sonuncu həddir.

Bu məkanda günü-gündən ölkəmizə qarşı istənilən iyrənclikləri edən İran İslam Respublikasının vətəndaşlarına da xüsusi diqqət göstərilir. İran mahnıları səsləndirilir, şüuraltı iran təbliğatı aparılır. Təki pul olsun. Ümüdvarıq hüquq-muhafizə orqanları bu məkanda bu istiqamətdə çox yaxın zamanda araşdırmalar aparacaq.

Biz araşdırmamızı qısa olaraq yazdıq. Oxucuların və güc strukturlarının diqqətinə çatdırdıq. Son sözü isə hüquq-muhafizə orqanları deyəcək!

Ardı var...

"Azərbaycan Reallığı" səsləndirilən itthamlarla bağlı qarşı tərəfində mövqeyin tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM

Geri qayıt