Əsas Səhifə > Siyasət, Manşet > Tamam Naxçıvanda sakini dinləmirlər... bəs Bakıdan nə deyəcəklər?..

Tamam Naxçıvanda sakini dinləmirlər... bəs Bakıdan nə deyəcəklər?..


9-06-2023, 09:12
Tamam Naxçıvanda sakini dinləmirlər... bəs Bakıdan nə deyəcəklər?..
Naxçıvan sakini Əliyev Elvin Əli oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, bir ay əvvəl iş yerində qolu “laqonda”ilə kəsilərək, iş qabiliyətini itirsə də, ona sosial yardım verilmir:

“Həkim arayışda yazıb ki, 6 ay müddətində işləmək olmaz, iş qabiliyyətini itirib. Həkimin yazdığı, baş həkimin möhür vurduğu sənədi Naxçıvanda heç kim qəbul etmir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondundan deyirlər ki, sosial yardım almaq üçün sən gərək işləyəsən.

2007-ci ildən bu yana inşaat sahəsində çalışmışam. Bu günə qədər dövlətə 16-17 min manat vergi vermişəm. İndi əmək qabiliyyətimi itirsəm də, heç bur qurum maddi dəstək göstərmir.

4500 manatlıq əməliyyat xərcinə də dəst olmadı, Dövlət Sığorta Xidməti 1 manat da köməklik etmədi. Deyirlər, sən gərək dövlət işçisi olardın ki, biz sənə sığorta pulu verərdik.

Həkim deyir ki, sağ əlin kəsilsə də, sən 6 ay müddətində sol əlini də işlədə bilməzsən. Dedi ki, sənə 6 aylıq pensiya kəsilməlidir. 6 ay sonra əlin işləsə pensiya dayanacaq, işləməsə yenə davam edəcək.

Pensiya Fonduna getdim, dedilər ki, bizə sənə pensiya verə bilmərik, Sosial Müdafiə Fonduna müraciət et. Sosiala getdim, dedilər, get arayış al ki, həqiqətən də işləyə bilməzsən. Getdim dedikləri arayışı aldım, baş həkim də möhür vurdu, gətirib verdim. Bu dəfə isə dedilər ki, bununla alınmayacaq, sən gərək rəsmi qaydada haradasa işləyəsən. Halbuki arayışda yazılır ki, 6 ay müddətində işləyə bilməz.

Sonra dedilər ki, sən saxta bir sənəd al, adın orda getsin, özün işləmə. Dedim axı, mən nə üçün qanunsuz iş görməliyəm?!

Məsələ ilə bağlı Ali Məclisə də müraciət etdim, ordan yenə sosiala göndərdilər. Bu dəfə yenə həmin adamın yanına getməli oldum. O da dedi ki, Ali Məclis elə iş biləndirsə, özü sizin pulunuzu ödəsin, sizə nə sosial yardım, nə də pensiya düşür.

Bir sözlər, müraciətimə baxan yoxdur”.

Tamam Naxçıvanda sakini dinləmirlər... bəs Bakıdan nə deyəcəklər?..
Tamam Naxçıvanda sakini dinləmirlər... bəs Bakıdan nə deyəcəklər?..
Tamam Naxçıvanda sakini dinləmirlər... bəs Bakıdan nə deyəcəklər?..

Geri qayıt