Əsas Səhifə > Siyasət, Manşet > `Azəraqrar` naşı kadrlara tapşırılanda...

`Azəraqrar` naşı kadrlara tapşırılanda...


12-06-2023, 08:13
`Azəraqrar` naşı kadrlara tapşırılanda...
DİA.AZ: - Ucar rayon Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Nazir! Sizə bildirirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədovun yol verdiyi qanunsuzluq nəticəsində Ucar rayonunda ölüm hadisəsi baş vermişdir.

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru Zamin Məmmədov kənd təsərrüfatı sahəsinə aidiyyatı olmayan saxta diplolmlu qohumu Cavid İsmayılovu (soyad ayrı olsada doğmaca qardaşı oğludur) Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin etdirmişdir.
Həmin vaxt İnam Kərimov Kənd Təsərrüfatı naziri vəzifəsindən çıxmış Məcnun Məmmədov hələ nazir təyin olunmamışdır. Yaranmış boşluqdan sui-istifadə edən Zamin Məmmədov öz maraqlarını həyata qanunsuzluqla keçirə bilmişdir.

Nəticədə də Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş saxta diplomlu Cavid İsmayılov taxıl biçən kombayını texniki baxışdan keçirmədən işləməsinə göz yumduğu üçün 05 iyun 2023-cü il tarixdə təkər partlaması nəticəsində sürücü Yuxarı Şilyan kənd sakini Əhmədov Hakim Hətəm oğlu ölmüşdür. Demək olar ki, Ucar rayon ərazisində bütün kənd təsərrüfatı texnikaları texniki baxışdan keçirilmədən işə cəlb edilib.
Hörmətli Prezudent cənab İlham Əliyev Respublikada kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır. Çox təssüf olsun ki, Ucar rayonunda həmin sərəncamların əlehinə olaraq yararsız kadr siyasəti aparılır.

Zamin Məmmədov özü kənd təsərrüfatından çox uzaq olan adamdır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Zamin Məmmədov işinin öhdəsindən gələ bilmədiyi kimi onun qardaşı oğlu Cavid Ismayılovda öz işinin öhdəsindən gələ bilmir.Hətda onun saxta diplomunda qeyd edilən təhsil özü bu sahəyə aid deyil. Bir neçə il əvvəl Cavid İsmayılov DSMF-nin Ucar filialına müdir vəzifəsinə təyin olunmaq üçün sənəd təqdim etmiş ancaq diplomunun saxta olması aşkar edildiyi üçün təyinat baş tutmamışdır.

Ancaq nazir təyinatının olmamasından sui-istifadə edən Zamin Məmmədov saxta diplomlu qardaşı oğlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə bilmişdir.

Cənab Nazir, Sizdən xahiş edirəm müraciətimdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Zamin Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz və Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə ixtisaslı kadr təyin edəsiniz".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt