Əsas Səhifə > Siyasət, Manşet > Zeynalovun işçilərinin burunları istənilən aparatdan güclüdür...

Zeynalovun işçilərinin burunları istənilən aparatdan güclüdür...


29-06-2023, 09:53
Zeynalovun işçilərinin burunları istənilən aparatdan güclüdür...
Bəzən Yol Patrul Xidməti (YPX) əməkdaşı sürücünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün ondan nəfəs verməsini tələb edir. Bu vəziyyətdə daha çox “Bir ho elə” kimi müraciət edilir. Bunun nəticəsidir ki, el arasında “Ə, bir ho elə” kimi deyim yayılıb. Ümumiyyətlə patrul əməkdaşı sürücünün içkili olmasında şübhələnərkən belə primitiv üsuldan istifadə etməli deyil. Həmdə bu sürücüyə qarşı hörmətsizlik sayıla bilər.Belə bir hadisə ilə Gəncə sakini Samux rayonun ərazisndə rastlaşıb.
DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Gəncə şəhər sakini Mövsümov Samir Xaliq oğlu tərəfindən video-şikayət göndərilib.
Şikayətçi qeyd edir ki, 19.06.2023-cü il tarixdə hərəkətdə olarkən onu Samux Rayon Polis Şöbəsinin Yol paturul Xidmətinin Elgün adlı əməkdaşı saxlayıb.YPX əməkdaşı sürücünün içkili olmasını aşkar etmək üçün ondan nəfəs verməsini tələb edib. Sürcü isə polisin tələbinə razlaşaraq ona nəfəs verib.Nəticədə məlum olub ki, guya sürücü sərxoşdur.Amma polisin bu cür testinə etiraz edən şikayətçi onunla razlaşmayıb.YPX əməkdaşı isə protokol tərtib edərək maşını cərimə meydançasına yerləşdirib.Şikayətçi Samux rayonundan Gəncədə yerləşən rayonlararası Narkoloji Disponserə gələrək yenidən müayinə olunmasını tələb edib.Narkoloji Disponserdə şikayətçi müayinə olduqda məlum olur ki, nəyin ki, spirt qoxusu gəlir heç onda bu əlamət yoxdur.Yəni sürücü spirtli içki qəbul etməyib.Bu haqda da sürücüyə müayinə protokolu da verilib.

Buna baxmayaraq bu gün Samux RPŞ-nin baş bilənləri sürücüdən 400 manat pul tələb edirlər.Buradan aydın olur ki, Samux RPŞ-nin YPX Bölməsinin əməkdaşı Yol Patrul Xidməti haqqında təlimatın müvafiq maddəsinin tələblərini kobud surətdə pozub.
Qeyd edək ki,hər halda saxlanılan hər bir sürücü tibbi müayinəyə göndərilmir və alkotesterdən keçirilmir. Onun ya hərəkətlərində müəyyən şübhə doğurduqda, ya da nəfəsində alkoqolun qoxusu olanda əlbəttə, sürücü bu cür müayinədən keçirilir. Amma bu göstəricilər ilə sürücü razılaşmazsa, onda o, məcburi qayda da müayinədən keçirilir.

Yol Patrul Xidməti haqqında təlimatın 3-cü müddəasında Yol-patrul xidmətinin aparılmasında göstərilir.

3.3.8. Alkotester yol polisi müfəttişləri tərəfindən nəqliyyat vasitəsi sürücüsünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.

3.3.8.1. Alkotester onların istismarı üzrə Təlimata müvafiq qaydada istifadə edilir.

3.3.8.2. Müayinənin nəticəsi yol polisi müfəttişi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

3.3.8.3. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır.

3.3.8.4. Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücü tibbi müayinəyə aparılarkən tibbi müayinəyə göndərmə protokolu tərtib olunur (Təlimata 17 saylı əlavə).
Redaksiya olaraq inanırıq ki, DİN rəhbərliyinə müraciət edən şikayətçinin haqlı tələbi araşdırılaraq ona qarşı bu cür hərəkət sərgiləyən əməkdaş haqqında qanunamüvafiq formada ölçü götürüləcəkdir.
Gəncə sakinin DİN rəhbərliyinə ünvanlanmış olan Video-Şikayətini təqdim edirik:



Geri qayıt