Əsas Səhifə > Siyasət, Manşet > Yevlax DYP-sində əməlli-başlı bazar açıblar...

Yevlax DYP-sində əməlli-başlı bazar açıblar...


3-07-2023, 08:38
Yevlax DYP-sində əməlli-başlı bazar açıblar...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb. Digər meroqailərələ müqayisədə burada qiymətlər kəllə-çarxa çıxıb.Buna görə bura gələn rayonların sakinləri soyulurlar çox əziyyət çəkirik.
Bu vəziyyət isə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə Cavanşir Vəliyev rəis təyin olunandan sonra baş verdi.Adam deyir ki, burada mən Bağdadda kor xəlifə.
Sürücülük vəsiqəsi almaq üçün 1400 manat rüşvət verilməlidir, avtomobilin qeydiyyatı 600 manat, texniki baxış kiçik avtomobillər 100, yük maşınları 200 manat edilir.Nömrə, sürücülük vəsiqəsinin dəyişdirlməsi 200-300 arası.
Texniki baxışdan avtomobil gətirilmədən keçirmək üçün kişik avtomobillər 200 böyüklər isə 400 manat təşkil edir.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin milyonlarla manat dəyərində olan malikanələri, ticarət obyektləri, yanacaq doldurma məntəqəsi, şadlıq evi və bahalı avtomobilləri var.Təkcə Bakı şəhərində 14 yerdə mənzili, Qəbələdə, Qaxda, Qubada və Göyçayda villası var.Cavanşir Vəliyev əslən Göyçayın Qarabaqqal kəndindəndir.İki böyük mal-qoyun ferması var ki, hər birində 3000 baş qoyun və inəklər saxlanılır.

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə gedən şəxsləri ilk olaraq Cavanşir Vəliyevin özü ilə Göyçaydan gətirdiyi dəllallar qarşılayır.Qiyməti onlar oxuyub pulu alıb korrupsiya əməliyyatını həyata keçirirlər.
Rüsumların həddən artıq şişirdilməsinə etiraz edənlərin isə avtomobilllərinə qanunsuz əngəllər yaradırlar.Gah deyilr ki, mühərrik nömrəsi düz deyil, avtomobilin ban nömrəsi dəyişdirilib, rəngi düz gəlmir maşında şübhə var.Bu yolla avam insanları aldadıb istədikləri pulu ala bilirlər.Cavanşir Vəliyev sanki dövlət idarəsini özəlləşdirib bazar edibdir.
Vətəndaşlar çox əziyyət çəkirlər və açıqca şəkildə soyulurlar.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək nizam-intizam olduğu halda Cavanşir Vəliyevin dövlət idarəsini bazara döndərməsi yolverilməz bir haldır.
Hörmətli Nazir cənab Vilayət Eyvazovdan xahiş edirik bu problemə diqqət edib Cavanşir Vəliyev barədə tədbirlər görsün..."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Qeyd: DİA.AZ-dan yazı oğurlayanda çalışın Allah görməsin...
Geri qayıt