Əsas Səhifə > Siyasət, Manşet > Ucar sakininə qarşı qanunsuzluq etsələr də...
Ucar sakininə qarşı qanunsuzluq etsələr də...8-07-2023, 01:14 |
Ucar rayon sakini Əhmədova Sevinc İsmayıl qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu 50 yaşında haqsız yerə işdən çıxarıblar, indi də iş tapa bilmir: "Mən, Əhmədova Sevinc İsmayıl qızı, Ucar rayon sakiniyəm. 7 il idi ki, “DMMC”-də süpürgəçi işləyirdim. Hal-hazırda məni səbəbsiz yerə işdən çıxarıblar. Hara müraciət edirəm, xeyri yoxdur. Bu “xaraba qalmış” Ucarın rəhbərləri deyir ki, biz heçnə edə bilmərik. Bəs, kim mənə kömək edə bilər? 50 yaşlı qadın nə iş tapsın ki, ailəsini dolandırsın, heç fikirləşirsiz? İki övladım var, anam ağır yataq xəstəsidir. Mənə deyirlər ki, monitorinq keçirilib, işdə olmadığına görə səni işdən azad ediblər. Yəqin bu monitorinq iş vaxtı olmayanda keçirilib. Çünki mən hər zaman iş saatı işdə olmuşam. Sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız. Azərbaycanda 30 yaşlı adamlar iş tapa bilmir, bu yaşdan sonra mən necə iş tapım?! Bu qədər insafsızlıq olar?! Mənim kimisini işdən çıxarıb, öz qohum-əqrəbalarını qoyurlar". Geri qayıt |