Əsas Səhifə > Siyasət, Manşet > ETSN bu məsələni çözməlidir...

ETSN bu məsələni çözməlidir...


11-08-2023, 09:53
ETSN bu məsələni çözməlidir...
Havaların nisbətən istiləşməsi Bakı və Abşeron yarımadasında o cümlədən başqa ərazilərdə ağacların quruması mövzusunu yenidən gündəmə gətirib.
Faktinfo.az xəbər verir ki, 2022-ci ildə Bakının Səbail, Mərdəkan və digər ərazilərində saralmış və qurumuş 3000 mindən çox şam ağacının utilizasiya prosesinə başlanandan sonra bu mövzu ətrafında müzakirələr açılmışdı.Yekunda şam ağaclarının qurumasını planetdə baş verən hadisə kimi qəbul etməyən şəxs də tapılmışdı.Bu şəxs Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış,alim – aqronom Xanəhməd Əsgərov idi .O, davamlı şəkildə iddia edirdi ki,Bakı şəhərində kütləvi olaraq, ağaclarda, əsasən şam ağaclarında quruma halını xəstəliklə bağlamaq düzgün deyildir.Şam ağacının tərkibində efir yağı olduğundan göbələk və bir çox xəstəliklərə tutulmur. Əksinə şam ağacları bir çox mikrobları zərərləşdirir,ətrafa fitonsidlər buraxır. Bu isə təmiz atmosfer, oksigen deməkdir. Abşeron yarmadasında əsasən də, Bakı şəhərində quruyan ağacların əsas səbəbi, normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması,ağacların təmizlənməməsi və bu zaman gövdənin həddən ziyadə budanması səbəbindəndir.

Mütəxəssisin fikirləri ilə BŞİH barışmayıb,İsrailli alimi Azərbaycana dəvət etmişdi.Bundan sonra bir sıra media orqanlarında çıxış edən Xanəhməd Əsgərov onun da təşkil olunmuş komissiyaya salınmasını istəmişdi.Hətta o bu mümkün olmadığı təqdirdə yenidən mətbuatda çıxış edərək bildirirdi ki,Bakı şəhəri küləkli şəhərdir. Əgər şam ağaclarının müxtəlif növlərində xəstəlik olsaydı,onda Səbail, Mərdəkan və digər ərazilərdə 3000 yox, 10.0000-dən artıq şam ağacına xəstəlik keçərdi.

Quruyan şam ağaclarının qlobal istiləşmənin və ya atmaosferin çirklənməsi ilə heç bir əlaqəsinin olmadığını bildirən mütəxəssis hesab edirdi ki, ağacların qurumasının başlıca səbəbi normal suvarılmama prosesidir.Sitat:"Şam ağacları bol su tələb edir.50 illik şam ağacı öz su təlabatını ödəmək üçün normal su qəbul etməyəndə, torpaqda rütubətliliyin miqdarı istənilən səviyyədə olmayanda tədricən quruma prosesi başlayır. Çünki, şam ağacları əsasən dərində olan mil köklərdən suyu qəbul edir. Mil kökündən suyu qəbul etməyən istənilən növ şam ağacında fotosintez prosesi pozulur, ağacların qurumasına səbəb olur.Bakı və Abşeron yarmadasında qurunt sularının səviyyəsi aşağı düşdüyündən,şam ağacları mil köklərdən qidalana bilmir.Qalır saçaq köklər,bu zaman ağaclar gərək bol su qəbul etsin ki,qurumasın.Ağaclar da sulanmır.Bunları yəqin etmək üçün savadlı və təcrübəli mütəxəssisə ehtiyac duyulur."-deyə Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış,alim – aqronom bildirirdi.

Faktinfo.az xəbər verir ki, bir müddət sonra Xanəhməd Əsgərovun fikirlərini təsdiqləyici digər xəbərlər də yayıldı.Belə ki,APA.az-ın yaydığı xəbərdə bildirilirdi ki,Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında, Sabirabad, Şirvan, Yevlax, Gəncə ərazilərində kütləvi şəkildə Eldar şam ağaclarında quruma prossesini havaların isti keçməsi, qrunt sularının səviyyədən aşağı olması ilə əlaqələndirib.O,problemi su qəbul etməyən ağaclarda qabıq böcəklərinin yaranması və bu zaman çox sayda ağacın məhv olması ilə əlaqələndirirdi.

Faktinfo.az onu da bildirir ki,səsləndirilən fikirlərin həqiqətliyini əks etdirən əlamətlər müşahidə olunmağa başladı.Belə ki,payız və qış aylarında havaların davamlı olaraq yağıntılı keçməsi,rütubətli hava şəraiti bu mövzunun dayanmasına səbəb olmaqla bərabər,Bakı və Abşeron yarmadasında ağaclarda olan qruma prossesini də aradan qaldırdı. Hazırda isə istilərin düşməsi bu mövzunu yenidən gündəmə gətirib.

Görəsən,bundan sonra Bakı və Abşeron yarmadasında ağacların quruma səbəbi indi nə ilə əlaqələndiriləcək?

Faktinfo.az

Geri qayıt