Əsas Səhifə > Siyasət, Manşet > Zaur müəllimin işçiləri üçün qanun-manun mövcud deyil...
Zaur müəllimin işçiləri üçün qanun-manun mövcud deyil...31-08-2023, 08:31 |
Neftçala Suvarma Sistemləri İdarəsinin “Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi işlərinin” satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb. DİA.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi Neftçala Melioservis İdarəsi olub. Tərəflər arasında 98 min 998 manat 39 qəpik dəyərində müqavilə imzalanıb. Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan Neftçala Melioservis İdarəsinin dövlətə 57 min 554 manat 91 qəpik vergi borcu var. Bildirək ki, nizamanamə kapitalı 209 manat 20 qqəpik olan Neftçala Melioservis İdarəsinin İdarənin rəisi Nəsirov Nizami Ağarəzi oğludur. Xatırladaq ki, "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri isə Zaur Mikayılovdur. Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi isə Elçin Ataş oğlu Əsədovdur. Geri qayıt |