Əsas Səhifə > Siyasət, Manşet > `Azəriqaz`a pulunu ver... istədiyini et...

`Azəriqaz`a pulunu ver... istədiyini et...


16-09-2023, 09:19
`Azəriqaz`a pulunu ver... istədiyini et...
DİA.AZ: - Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı yaşayış binasının sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Dünyada bir-birinin ardınca baş verən zəlzələlərdən sonra tikinti normalarına, təhlükəsizlik qaydalarına dövlət səviyyəsində nəzarət olunur.
Yaşayış binamızın 2-ci mənzilində yaşayan özünü gah FHN-nin, gah da icra hakimiyyətinin əməkdaşı kimi qələmə verən şəxs özbaşınlıq etməklə bütün məmurların adına ləkə vurmaqla yanaşı dövlət orqanlarının nüfuzuna xələl gətirməklə yanaşı Ölkə qanunlarına məhəl qoymur. Sovet dövründə tikilən, binamızın istismar müddəti də bitib. Binanın 2-ci 1-ci mərtəbəsinin 2-ci mənzilində yaşayan özünü hamıya dövlət məmuru kimi təqdim edən bu şəxs evinin eyvanını artırmaq üçün binaya gələn qaz boru xəttini kəsdirmiş, binanın qaz təchizat sxeminə özbaşına müdaxilə etdirib, qaz boru xəttini zədələmişdir. Əfsuslar olsun ki, bu qanunsuzluq “Azəriqaz” İB-nin nümayəndələrinin iştirakı ilə, onların gözləri önündə baş vermişdir. Belə ki, 11 sentyabr 2023-cü il tarixində binanın qarşısından binaya parallel xətt üzrə keçən ana boru xəttindən binanın birinci blokuna gedən qaz boru xəttini kəsdirərək yeri dəyişdirmişdir. Hazırda borunun zədəli olduğu da açıq görünür. Həmin binaya qaz verilişi də dayandırıldı. Özünə eyvan artırmaq üçün binaya gələn ana xətti zədələyən, məmur adından istifadə edən vətəndaşın özbaşınalıqlarına Qaz idarəsi nə məqsədlə ortaq olur ?
Xahiş edirik aidiyyatı qurumlar bu haqda “Azəriqaz” İB-nin Sumqayıt rəhbərliyindən izahat tələb tələb etməklə yanaşı, binanın qaz təchizat sxeminə müdaxiə edən, binanın ana xəttini zədələyən vətəndaş barəsində tədbir görülsün.
Bütün bunlar bir yana, ilin günün bu vaxtında eyvan artırmaq məsələsinə əlaqədar qurumlar, xüsususilə FHN niyə göz yumur ?
Eyvan artırmaq mümkündürsə xahiş edirik göstəriş verin ya bütün sakinlər eyvanlarını artırsın ya da kimsəyə bu icazə verilməsin. Qanun hamı üçün eynidir !
Sizdən xahiş edirik evinə bu özbaşınalıqlar barəsində ölçü götürülməsi üçün aidiyyatı orqanlara o cümlədən hüquq-mühafizə orqanlarına da göstəriş verəsiniz".

`Azəriqaz`a pulunu ver... istədiyini et...

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt