Əsas Səhifə > Siyasət, Manşet > Səhiyyə nazirliyinin işbaz məmurları strateji məhsulu necə xırıd ediblər

Səhiyyə nazirliyinin işbaz məmurları strateji məhsulu necə xırıd ediblər


17-02-2014, 09:41
Səhiyyə nazirliyinin işbaz məmurları strateji məhsulu necə xırıd ediblər
DİA.AZ: - Redaksiyamıza uzun illər səhiyyə sistemində işlədiyini bildirən və adının açıqlanmamasını xahiş edən sabiq məmur tərəfindən ilginc faktlar ötürülüb. Beləliklə, keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra işindən uzaqlaşdırılan mənbə bildirir ki, əslində Əli İnsanov Azərbaycan səhiyyəsini ağlar günə qoymuşdu, amma indi də durum heç də ürəkaçan deyil, buna səbəbsə, Əli İnsanovun ən vacib adamlarından biri kimi tanınan və zamanında səhiyyə nazirliyində həyata keçirilmiş özəlləşdirmə siyasəti zamanı Əli İnsanova böyük pullar qazandıran, keçmiş nazirin «kassiri» kimi tanınan nazir müavini Elsevər Ağayevin nəinki vəzifə başında saxlanılması, hətta daha geniş səlahiyyətlərə malik olması faktıdır.

Mənbə DİA.AZ-a olduqca ilginc faktları da ötürüb ki, əslində bu ittihamlar səhiyyə sisteminə rəhbərlik edən şəxslərin böyük əksəriyyətinin istefaya göndərilməsini zəruri edir. Çünki söhbət dövlətin strateji məhsulunun qanunsuz olaraq bir neçə nəfər tərəfindən satılmasından, əldə olunan pulların isə mənimsənilməsindən gedir.

Səhiyyə Nazirliyi ilə bağlı redaksiyamıza çox ciddi faktlar daxil olub. Söhbət milyonlarla dolların mənimsənilməsindən gedir. Hər halda, bu faktlara möhtərəm Respublika Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları diqqət yetirərsə, daha ünasib ola bilər. Beləliklə, keçək faktlara…

Daxil olan informasiyada bildirilir ki, hal-hazırda dərman bazarında çox təlatümlər yaşanır və bu təlatümlərin arxasında duran elən səhiyyə nazirliyinin özüdür. Bu barədə redaksiyamıza ötürülən məlumatda bildirilir: «Hazırda aptek depoları və dərman satışı firmaları arasında böyük rəqabət gedir. Səhiyyə nazirliyinin ayrı-ayrı işbaz məmurları dövlətin müalicə müssəsisələrinə ayırdığı milyonlarla manat vəsaiti müxtəlif depo və firmaların bank hesablarına köçürərək mənimsəyirlər. Kimsəyə dərman verilmədən, hansısa firmadan dərman alınmadan hesab-fakturalar yazılır və nəticədə milyonlarla vəsait - DÖVLƏTİN PULU məmurların cibinə axır».

Mənbə bildirir ki, hal-hazırda səhiyyə nazirliyi İnnovasiya və Tibb Təchizatı İdarəsinin anbarında böyük mal çatışmamazlığı var: «Halbuki anbarda olmalı olan malların pulları guya ki, ünvanlarına çatdırılıb. Lakin həmin pullar mənimsənilsə də, mallar anbara daxil olmayıb».

Məlumatlı mənbə öz fatlarını sübuta yetirmək üçün konkret misal da çəkir ki, elə bu dəlil, hətta səhiyyə naziri Oqtay Şirəliyevin özünün istefaya göndərilməsi üçün yetərlidir: «İnnovasiya və Tibb Təchizatı anbarında olan 19 kiloqram 500 qramlıq «ilan zəhəri» dərmanı hissə-hissə satılıb və hazırda həmin dərman yoxdur. Bildirək ki, ilan zəhərinin bir qramı 300-500 ABŞ dollarıdır və bu da ümumi məbləğ olaraq 8-9 milyon ABŞ dollarının bir qrup məmur tərəfindən mənimsənilməsi deməkdir».

Mənbə bildirir ki, həmin işbaz məmurlar «ilan zəhəri»nin yerinə tərkibi bilinməyən naməlum məhlullar qoyublar ki, bu yolla istənilən «TƏHLÜKƏLİ YOXLAMA»dan yaxa qurtarmağı düşünürlər: «Həmin tərkibi bilinməyən məhlul da Elmlər Akademiyasının Zoologiya İnstitutuna pay adı altında sənədləşdirilib. Guya ki, dövlətin bu strateji sərvəti həmin ali tədris ocağına peşkəş edilib. Bütün bu işlərə rəhbərlik edən şəxslər isə özlərini sığortalamaq üçün müxtəlif formal sənədlər hazırlayıblar ki, həmin sənədlərin saxta olduğunun aşkarlanması ötəri təftişin işidir».

Səhiyyə nazirliyinin işbaz məmurları strateji məhsulu necə xırıd ediblər

Mənbə bildirir ki, hal-hazırda Zoologiya İnstitutuna verilmiş həmin məhlul tərkibi bilinməyən lazımsız bir vəsaitdir: «Bundan böyük cinayət ola bilərmi? Bu işdə dələduzlara əsas köməyi isə Əczaçılar Birliyi ilə Analitik Ekspertizə Mərkəzi verməkdədir. Sözügedən birliklər təchizat, təminat, keyfiyyətə və qiymətə nəzarət əvəzinə apteklərdən pul yığmaqla məşğuldurlar. Pul verməyən apteklər isə müxtəlif bəhanələrlə hədələnir».

Mənbə bildirir ki, «ilan zəhəri»ni mənimsəyən qrup isə aptekləri MMC-yə çevrilmə tələbi və yaxud da lisenziya tələbi ilə hədələyərək, hər bir obyekt sahibindən 2-3 min manat pul alırlar: «Təkcə Əczaçılar Birliyinin 2010 və 2011-ci illər üzrə apteklərə verilmiş əmrlərini yoxlamaq yetərlidir ki, məsələnin nə yerdə olmasının fərqinə vara biləsən».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt