Əsas Səhifə > Siyasət, Manşet > `Şans` Tibb Mərkəzində YAŞAM ŞANSI... SIFIRA BƏRABƏRDİR!
`Şans` Tibb Mərkəzində YAŞAM ŞANSI... SIFIRA BƏRABƏRDİR!20-10-2023, 08:39 |
Şəmkir rayonununda fəaliyyət göstərən “ŞANS” tibb mərkəzində hal-hazırda nevropatploq ixtisası üzrə həkim kimi fəaliyyət göstərən Eldəniz “həkim”in qoyduğu səhv diaqnoz və təyin etdiyi səhv müalicə nəticəsində 04 sentyabr 2023-cü il tarixdə koma vəziyyətində Şəmkir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişəm, 3- gün reanimasiyada xüsusui nəzarət altında stasionar müayinə və müalicədən sonra 7-8 günə qədər yenidən Şəmkir rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinə yerləşdirilərək stasionar müainə və müalicə olunduqdan sonra müalicəmi evdə ambulator şəraitdə davam etdirirəm. Gələk mətləbə; Eldəniz həkimin savadsız və səriştəsizliyi nəticəsində səhətimdə yaranan probilemlərlə bağlı aidiyyatı üzrə şikayət edəcəyimi həm özünə (050 646 66 37) həm də Şəmkir rayonununda fəaliyyət göstərən “ŞANS” tibb mərkəzinin rəhbəri Malik həkimə (050 311 31 53) məlumat verdikdən sonra, Eldəniz həkim yaxın münasibətim olan bəzi yoldaşlarla mənə şifahi şəkildə xəbər göndərib ki, Məhəmməd müəllimə deyin gəlsin mənim yaşadığım ünvara, müainə və müalicə üçün xərclədiyi pulun bir hissəsini 1000 (bir min) manat köməklik edim, heç bir yerə şikayət etməsin. Onsuz da harasa şikayət etsə belə Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarova mənim yaxın qohumumdur, onun şikayəti ilə mənə heç kim heç nə edə bilməyəcəkdir. Əziz oxucular, əziz dostlar, təsəffür edə bilirsinizmi hansısa bir savadsız həkim, öz savadsızlığı ilə insanları ölümə məhkum edir və deyir ki, mənim adamım var, mənim arxam-dayağım var Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarova mənim yaxın qohumumdur, onun (yəni mənim) şikayəti ilə mənə heç kim heç nə edə bilməyəcəkdir. Onu deyim ki, mən Eldəniz “həkimin” Sahibə Xanım Qafarovanın adını çəkdiyi üçün mən də burada Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarovanın adını hallandırdım ki, insanlara hər şey aydın olsun. Qaldı ki, Şəmkir rayonununda fəaliyyət göstərən “ŞANS” tibb mərkəzinin rəhbəri Malik həkimə (050 311 31 53), Malik həkim bəyəm bilmirdimi ki, Eldəniz “həkim”i iş fəaliyyətinin son yaş həddinə görə dövlət xəstəxanasından təqaüdə göndəriblər, Malik həkim gətirib Eldəniz “həkim”i rəhbəri olduğu “ŞANS” tibb mərkəzində nevropatploq ixtisası üzrə həkim kimi fəaliyyət göstərməsinə şərait yaradıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112. Maddəsinin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni, tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır). Eldəniz “həkim”ə kim hamilik edirsə etsin mən Eldəniz “həkim”in Azərbaycan Respublikasının qanunlarının tam ciddiyyəti üzrə cəzalandırılması üçün nə gərəkirsə edəcəm! Onu da əlavə edim ki, sənədləşmə işlərini qaydasına qoyan kimi məhkəməyə də bu barədə rəsmi şəkildə şikayət edəcəm.. Hörmətlə, Məhəmməd İsmayıloğlu //dunyaninsesi.az// Geri qayıt |