Əsas Səhifə > Siyasət, Manşet > “Sosial Müdafiə Fondundan mənə deyirlər ki, get iş tap işlə”
“Sosial Müdafiə Fondundan mənə deyirlər ki, get iş tap işlə”26-10-2023, 08:34 |
DİA.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respubliksı, Babək rayonu, Məzrə kənd sakini İbrahimov Vidadi Sətdar oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Sosial Müdafiə Fondunun rəhbərliyindən narazılığını bildirir. "Mən, İbrahimov Vidadi Sətdar oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırın. Artıq sözümü heç kəsə çatdıra bilmirəm. Əlilliyim var, 3 barmağım işləmir, Sosial Müdafiə Fondundan mənə deyirlər ki, get iş tap işlə, sənə aylıq müavinət düşşün. Məni bu əllə hərbiyə də aparıblar, valideynlərim şikayət edəndən sonra əlimi əməliyyat edib, daha da pis günə qoydular. Barmaqlarımda çürümə gedir, mən bu vəziyyətdə gedib harda işləyə bilərəm?! Axı, heç məni işə götürən də yoxdur. Həyat yoldaşım məktəbdə xadimə işləyir, 330 manat əmək haqqı alır. Özüm əlliliyə görə 150 manat pul alıram. 4 uşağım var, 2-si məktəblidir, digər ikisi isə 2 yaş yarımlıqdır. Torpaq sahəmdə var, amma orada əkib-becərmək olmur. Əvvəllər sosial yardım almışam, sonradan işsizliyimə görə kəsildi. İndi məcburiyyətdən mən evdə uşaqları saxlayıram, yoldaşım da işləyir. Xahiç edirəm, mənim şikayətimi ictimailəşdirin, bəlkə nazirlikdən görüb maraqlanan olar". Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |