Əsas Səhifə > Siyasət, Manşet > Salyanın nədən inkişaf etmədiyi göz önündə: BU TƏFƏKKÜRLƏ?!

Salyanın nədən inkişaf etmədiyi göz önündə: BU TƏFƏKKÜRLƏ?!


28-10-2023, 08:56
Salyanın nədən inkişaf etmədiyi göz önündə: BU TƏFƏKKÜRLƏ?!
DİA.AZ: - Bu gün bölgələrimizi idarə edən icra başçılarının şəxsi kimliyinə nəzər salanda, daha dəqiqi, detallarına varanda ortaya çox acıncaqlı mənzərə çıxır. "İlahi, gör bizi kimlər idarə edir" deməyə bilmirsən... Bəli, bu gün maləsəf, yüzlərlə məmur var ki, tutduqarı postlarında təsadüfidirlər. DİA.AZ bildirir ki, onlardan biri də hazırda Salyana rəhbərlik edən Sevindik Hətəmovdur. Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin madarlarından olan Hətəmovun kimliyini aşağıda təqdim edəcəyimiz 2 fakt tam çılpaqlığı ilə ortaya qoyur.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov düz iki il əvvəl ondan Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya şikayət etdiyinə görə rayonun Aşağı Noxudlu kənd sakini, 1947-cı il təvəllüdlü Gülsüm Nəcəfovanı məhkəməyə vermişdi. Yəqin ki, dia-az.life-ın diqqəli oxucuları bu olayı xatırlayar. İcra başçısı məhkəmə iddiasında 77 yaşlı qadının özü ilə yanaşı, iki oğlunu – Salam və Nazim Nəcəfovları da cavabdeh qismində təqdim etmişdi. O, ana və iki oğlundan 10 min manat təzminat tələb edirdi və məhkəməni udur da.

Salyanın nədən inkişaf etmədiyi göz önündə: BU TƏFƏKKÜRLƏ?!

Sevindik Hətəmovun iddia ərizəsi

Sevindik Hətəmov iddiasında göstərmişdi ki, haqqında yalan məlumatlar səhhətinə mənfi təsir göstərib, stress keçirib: “Psixi vəziyyətim pisləşib...”

DİA.AZ xattırladır ki, Nəcəfovların Prezident Administrasiyasına ünvanladığı şikayətlərdə icra başçısının onların əlindən 95 hektar torpaq sahəsini almasından bəhs olunur. Gülsüm Nəcəfova 11 övlad anasıdır. Sözügedən torpaq sahəsi 1998-ci ildə təsərrüfatla məşğul olmaq üçün onun həyat yoldaşı Bayram Nəcəfova verilib. Sevindik Hətəmov Nəcəfovların istifadəsində olan 95 hektar qış otlaq sahələrinin dövlət fonduna geri qaytarılması barədə sərəncam imzalayıb. Daha sonra həmin ərazinin “Aztəsərrüfat” MMC-yə icarəyə verilməsi barədə qərar qəbul edib.

Gülsüm Nəcəfovanın sözlərinə görə, onlar istifadələrində olan ərazidən imtina etmədiyinə görə, övladlarını şərləyib həbs etdirməklə hədələyiblər. Onları əkin sahəsindən döyə-döyə aparıb, daha sonra polisə müqavimət adıyla cərimələyiblər. Bütün bunlardan sonra o, məcbur qalıb, notarial qaydada sənədi imzalamağa məcbur olub.

İcra başçısının iddiası üzrə 2021-ci ilin martın 1-də məhkəmə qərar çıxarıb. Qərara əsasən, 77 yaşlı qadın və iki oğlu icra başçısına 2000 manat təzminat ödəməlidir. Üstəlik, şikayətdə yazdıqlarının böhtan olub-olmadığının araşdırılması məqsədilə təyin edilmiş linqvistik ekspetizanın xərcini – 150 manatı ödəmək öhdəliyi də onların üzərinə qoyulub.

Hə, dəyərli oxucu, bu da sizin Sevindik Həttəmov yoldaş... Ona görə sizin ki, bu adam özünü sosial şəbəkələrdə reklam etməyi, mükafat, təşəkkür öpüşünə qərq olmağı çox sevir... Eynən aşağıdakı videofakt-dakı kimi...



Hər halda əlav şərhə ehtiyac yoxdur...

QEYD: Qarşı tərəfi də dinləməyə hazırıq... əgər sözü olarsa...

Geri qayıt