Əsas Səhifə > Siyasət, Manşet > “Mənə deyir ki, 1000 manat ver, sənə sosial yardım düzəldək…”
“Mənə deyir ki, 1000 manat ver, sənə sosial yardım düzəldək…”4-11-2023, 09:38 |
DİA.AZ xəbər verir ki, Laçın rayonu, Ərikli kənd sakini, hal-hazırda Şirvan şəhərində yerləşən qaçqın qəsəbəsində yaşayan Aslanzadə Yaşar Elbrus oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, bütün sənədləri qaydasında olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona sosial yardım təyin etmir: "Mən, Aslanzadə Yaşar Elbrus oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız. İki azyaşlı övladım var. Ailədə işləyən təkcə mənəm. Ümumi evin gəliri 120 manat, çörək pulu və "OBA" marketdən aldığım cəmi 350 manatdır. Adımızda torpaq sahəsi, yaxud da maşın yoxdur. 2 dəfə sosial yardım üçün müraciət etmişəm, hər dəfə bir bəhanə ilə imtina ediblər. Əvvəlcə dedilər ki, abonent kodunuz yoxdur, 2-ci dəfə isə “əmək haqqınız sistemdə görünmür”, - dedilər. Rəsmi qaydada çalışıram, qanuni əmək haqqı alıram, amma, guya onların sistemində görünmür. Bütün sənədlərim hazırdır, qanunla mənə sosial yardım düşür, amma bəhanələr edərək vermirlər. Bir adam var, mənə deyir ki, 1000 manat ver, düzəldək. Mənə düşür ki, o adam düzəltmək istəyir. 142 qaynar xəttə zəng vurmaqdan yorulmuşam. 15 iş günü sənədi yoxlamalı olduqları halda, sənədi 25 günə göndərirlər. Əsas səbəb nədir onu bildirsələr, mən də həmin problemimin həlli üçan çalışardım". Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi. Geri qayıt |