Əsas Səhifə > Siyasət, Manşet > " `Bravo`nun bu canfəşanlığı anlaşılan deyil..."
" `Bravo`nun bu canfəşanlığı anlaşılan deyil..."11-11-2023, 09:27 |
"Şikayətim "Bravo" Supermarket Azerbaijan-dandır. Öncədən xahiş edirəm, "50-60 qəpiyə görə böyüdürsüz"-zad deyənlər kənar dursun... Məsələ 1 qəpik də olsa, özbaşınalıqdır. Deməli, birbank 10% keşbek qaytarır deyə, "Bravo" "Birbank"ın QR ilə ödəniş qəbul etmir, sanki dədələrinin cibindən çıxır pul.... bu, öz yerində. "Bravo" "Birbank"la ödəniş qəbul etmədiyi üçün ancaq və ancaq "M10"-un öz tətbiqi ilə ödəniş qəbul edəcəyini, və "Birbank"la ödənişin mümkünsüz olduğunu bildirir (screenlərdə yazıb). Və "M10" ilə ödəniş edildiyi təqdirdə də eynilə "Birbank" kimi 10% keşbek verəcəyini bildirir, halbuki "M10" bunu inkar edir və "Bravo"nun uydurması olduğunu bildirir və sadəcə 3% keşbek qaytarır. "Bravo"nun bu etdiyi birbaşa istehlakçını aldatmaqdır, və kompensasiya etməli olduğu halda heç nə etmir... Aldatdığı müştəriyə biganə yanaşır. Bunu da nəzərə alın ki, hər müştərini 7% keşbekdən məhrum etdikdə bu, "Bravo" üçün milyonlarla qazanc deməkdir. Hər nə qədər ki, keşbeki "Bravo" yox, "Kapitalbank" verir... "Bravo"nun bu canfəşanlığı anlaşılan deyil..." Mənbə: "Müşərinin Səsi" Sosial Qrupu Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |