Əsas Səhifə > Siyasət, Manşet > İsmayıllıda melorasiya idarəsinin növbəti oyunu
İsmayıllıda melorasiya idarəsinin növbəti oyunu27-11-2023, 08:49 |
Ötən il Aşıqbayram su anbarı əsaslı şəkildə təmir olunub və burada yenidən hər-hansı təmirə ehtiyac yoxdur. Ancaq bu gün görünən budur ki, həmin su anbarının suyu bağlanıb və nəticədə anbar susuzdur. Məqsəd nədir? Məlumdur ki, milyarder Fərhad Əhmədov həmin su anbarını alıb orada istirahət mərkəzləri tikmək istəyirdi.Buna görə həmin anbara milyarder 20 tondan çox balıq buraxdırmışdır. Sonradan dövlət səviyyəsində bu layihə üçün icazə verilmədi və Fərhad Əhmədov buranı tərk etdi. İsmayıllı meliorasiya idarəsinə Elşad Quliyev yeni müdir təyin olunduqdan sonra əsl hoqqalar başladı. Axı yeni müdir bu qədər balığdan vaz keçə bilməzdi. Yeni müdir dərhal su anbarının mühafizəsini gücləndirmək üçün ətrafına adamlar topladı və güya anbarı qoruyur əslində isə anbardakı balığları qoruyur və onların böyüməsini gözləyirdi. Budur balıqlar artıq böyüyüb və meliorasiya idarəsi yeni iddialar irəli sürdü ki,bəs anbarda təmir -tikinti işlərinə ehtiyac var və buna görə su azaldılmalıdır. Nəhayət anbar quruduldu və balıqlar tor ilə tutularaq satılmağa başladı. Dərd burasındadır ki, bütün bu oyunlar 6 saylı ekologiya və təbii sərvətlər idarəsinin gözləri qarşısında baş verir, ancaq tədbir görülmür. Çünki ekologiya rəisi Namiq müəllimin payı da çatdırılır. Tor ilə balıqların tutulması, onların kütləvi məhvinə səbəb olur bəs ekologiya rəisi hara baxır? Əgər bu anbar əvvəlki rəis Fazil Həsənovun rəhbərliyi zamanı yaxşı təmir olunmayıbsa bəs niyə cəza tədbirləri görülmür? Suallar çoxdur cavab verən yoxdur. Hazırki müdir isə balığ biznesinə girişdiyi üçün gözü ayağının altını görmür. Günün -günorta vaxtı talançılıq baş verir ancaq tədbir görən yoxdur. Rayona cavabdeh qurumlar balığ kababı yeməyə girişib. Redaksiyamıza su anbarının yaxınlığında yerləşən kəntdə yaşayan mənbəmizə təşəkkür edirik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mənbə: «Azerinfo.info» Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |