Əsas Səhifə > Siyasət, Manşet > Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib


6-12-2023, 09:45
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib
Neft və Qaz İnstitutu 2023-cü ilin noyabr ayının 23-də “İstismarda olan yataqlarda süxurların kollektorluq xassələrinin dəyişməsinin petrofiziki və mədən geofiziki məlumatları bazasında diaqnostikası işlərinin satınalınması” lotu üzrə satınalma həyata keçirib.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 79.550 manat təşkil edib.

Satınalmada “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edib.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

“KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) Neft və Qaz İnstitutunun sözügedən tenderindən bir ay əvvəl – 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Sabunçu rayonu, Eldar Xəlilov küçəsi ev 3, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Neft və Qaz İnstitutuna 79.550 manatlıq diaqnostik işlər görəcək “KASKAD-DEN GROUP” MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, Neft və Qaz İnstitutunun bundan əvvəlki satınalmaları da kifayət qədər şübhəlidir.

Neft və Qaz İnstitunun 2022-ci ildə şübhəli olan satınalmalarının ümumi məbləği 178.190 manat təşkil edir.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

İnstitutun bu satınalmalarda qalib elan etdiyi MMC-lərin əksəriyyətinin qanuni təmsilçisi “proxy” olan eyni şəxslərdir.

İnstitutun 2022-ci ildə qalib elan etdiyi MMC-lərin “otkad” əməliyyatlarında iştirak etdiyini sübut edən digər fakt isə bu şirkətlərin hamısının hazırda dövlətə külli-miqdarda vergi borclarının olmasıdır.

Neft və Qaz İnstitunun 2022-ci ildə keçirdiyi şübhəli satınalmalar:

1.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Digər kommunal xətlərinin çəkilişi işlərinin satınalınması

Tarix – 2022-ci il 22 dekabr

Məbləğ – 11.745 manat

Qalibin adı – “LİMDMAN COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406160821)

Qanuni təmsilçi – Abdinova Nərgiz İbad qızı

MMC-nin hazırkı vergi borcu – 43.702 manat

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

2.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Orta Kür çökəkliyində karbohidrogen obyektlərinin proqnozu və müasir akustik-petrofiziki modellərin işlənilməsinin satın alınması

Tarix – 2022-ci il 28 iyul

Məbləğ – 79.600

Qalibin adı – “TEAN LM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1703277071)

Qanuni təmsilçi – Kərimov Bəxtiyar Əvəz oğlu

MMC-nin hazırkı vergi borcu – 14.771 manat

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

3.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Mətbəə məhsullarının satınalınması

Tarix – 2022-ci il 20 dekabr

Məbləğ – 18.150 manat

Qalibin adı – “ORLONDO 22 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505786221)

Qanuni təmsilçi – Cəfərov Ülvi Şahin oğlu

MMC-nin hazırkı vergi borcu – 4.037 manat.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

4.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Digər malların satınalınması

Tarix – 2022-ci il 22 dekabr

Məbləğ – 9.930 manat

Qalibin adı – “HÜNƏR 22 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1203218241)

Qanuni təmsilçi – Abdinova Nərgiz İbad qızı

MMC-nin hazırkı vergi borcu – 1.898 manat

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

5.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Dəftərxana və təsərrüfat mallarının satınalınması

Tarix – 2022-ci il 15 dekabr

Məbləğ – 10.050

Qalibin adı – “FAMİLY 22 FN” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1203218371)

Qanuni təmsilçi – Abdinova Nərgiz İbad qızı

MMC-nin hazırkı vergi borcu – 1.382 manat

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

6.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Digər kommunal xətlərinin çəkilişi işlərinin satınalınması

Tarix – 2022-ci il 26 oktyabr

Məbləğ – 14.260

Qalibin adı – “CFR 22 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505785971)

Qanuni təmsilçi – Cəfərov Ülvi Şahin oğlu

MMC-nin hazırkı vergi borcu – 1.597 manat

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

7.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Maşın və avadanlıqların əsaslı təmirinin satınalınması

Tarix – 2022-ci il 26 oktyabr

Məbləğ – 14.700

Qalibin adı – “T-DELTA GROUP LT” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 2007137371)

Qanuni təmsilçi – İsgəndərov Turxan Zahid oğlu

MMC-nin hazırkı vergi borcu – 1.252 manat

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

8.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Lotun adı – Tikili və avadanlıqların cari təmir xərclərinin satınalınması

Tarix – 2022-ci il 8 sentyabr

Məbləğ – 19. 755 manat

Qalibin adı – “ORLONDO 05 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1307612831)

Qanuni təmsilçi – Talıblı Lamiyə Ədixan qızı

MMC-nin hazırkı vergi borcu – 29.504

Neft və Qaz İnstitutunun 2022-ci ildə keçirdiyi yuxarıda qeyd edilən satınalmaları göründüyü kimi kifayət qədər şübhəlidir. İnstitutun qalib elan etdiyi bu MMC-lər qeyd edildiyi kimi büdcə təşkilatlarının satınalmalarında şübhəli fəaliyyətlərlə məşğul təşkilatlardır.

Neft və Qaz İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmada qalib elan etdiyi MMC-lərin bəziləri isə dövlət sənədlərini saxtalaşdırıb.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib

Bu barədə 2022-ci ilin dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Qlobal.az dövlət sənədlərini rəsmən saxtalaşdıran MMC-lərin Neft və Qaz İnstitutunun 2022-ci ildə keçirdiyi satınalmalarda qalib elan edilməsinə aydınlıq gətirilmək üçün İnstitututdan mövqe öyrənib.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib
Vaqif Qurbanov

Neft və Qaz İnstitutunun icraçı direktoru Vaqif Qurbanov məsələ ilə bağlı bildirdi:

“Neft və Qaz İnstitutu büdcə təşkilatıdır. İnstitut hər bir satınalmasını “Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq həyata keçirir. Satınalmalar yekunlaşdıqdan sonra məlumat müvafiq orqana təqdim edilir. Həmin orqanlar razılıq verdikdən sonra müqavilənin şərtləri yerinə yetirilir.

Qeyd edək ki, Neft və Qaz İnstitutunun tender komissiyasının sədri qurumun baş mühasibi Rüstəm Astanovdur.

Neft və Qaz İnstitutu 1951-ci ildə yaradılıb.

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib
Fəxrəddin Qədirov

İnstitutun baş direktoru akademik Fəxrəddin Qədirovdur.

Neft və Qaz İnstitutu 2022-ci ilin iyul ayında Prezident İlham Əliyevin fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.


Mənbə: Qlobal.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt