Əsas Səhifə > Siyasət, Manşet > "Problem son zamanlar yaranıb..."
"Problem son zamanlar yaranıb..."22-12-2023, 10:45 |
Naxçıvan şəhəri Heydər Əliyev prospektindəki 9 mərtəbəli binaların sakinləri içməli su qıtlığlı yaşayırlar. Bu haqda “Gündəlik Naxçıvan”a həmin binaların bir qrup sakini məlumat verib. Onlar deyir ki, içməli suyun veriliməsində saatlarla fasilələr yaranır, verildikdə isə təzyiq az olduğundan yuxarı mərtəbələrə qalxmır. Sakinlərdən R. Bayramov deyir ki, suyun kəsilməsi son zamanlar intensivləşib: “Problem son zamanlar yaranıb. Suzun verilişində tez-tez saatlarla fasilələr yaranır. Dekabrın 20-də bir gün ümumiyyətlə binanın suyunu kəsdilər. İndi su verilsə də, yuxarı mərtəbələrə qalxmır. Qalmışıq susuz. Yuxarı mərtəbələrə suyu əlimizdə daşımalı oluruq. ” Adının çəkilməsini istəməyən digər sakin isə, su verilərkən təzyiqin aşağı olmasından şikayətlənir: “Bəzən içməli suyu saatlarla kəsirlər. Son zamanlar təzyiqini də aşağı salıblar. İçmək üçün aşağıdan daşımalı oluruq. Lakin qışın günüdə isti sudan istifadə edə bilmirik. Fəhlə işləyirəm_ işdən toz-torpaq içində gəlirəm. Yuyunmağa isti su tapa bilmirəm.Naxçıvan şəhəri tamamı ilə içməli su ilə təmin olunub. Lakin görünən odur ki, kimlərsə təxribat törədir. Bu problem demək olar ki, noyabrın 15-dən sonra, istilik sistemini işə saldıqları vaxtan yaranıb. Şikayətimizə baxılmır. Su idarəsinin işçiləri isə doğru-dürüst sakinlərə cavab vermirlər. Düzəlcək desələr də problemi həll etmirlər”. Mənbə: “Gündəlik Naxçıvan” Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |