Əsas Səhifə > Siyasət, Manşet > "Adlarını provayder qoyub monopoliya hesabına pul yeyirlər...
"Adlarını provayder qoyub monopoliya hesabına pul yeyirlər...1-01-2024, 10:16 |
"Şikayətim "Birlink" provayderindəndir. Bütün Yasamal "Mida" Yaşayış kompleksini öz monopolyasına çevirib... başqa provayderə imkan vermir ki, xidmət göstərsin. Öz göstərdikləri xidmət isə yerlərdədi. Mən proqramistəm, bütün işim internet üzərində qurulub. İndi isə hər 3 saytdan 2-sinə qoşulanda sertifikat xətası verir, virtual serverlərə qoşula bilmirəm və 2 gündü texniki şöbəyə yönəldiblər sorğunu... Həll edən yoxdu. Adi saytlara belə girmir internet. Verdikləri "vifi" modemi isə ilk dövrlərdə Azıx mağarasından çıxan modemlərdəndi elə bil.... 5 Ghz belə dəstəkləmir. Adlarını provayder qoyub monopoliya "şotuna" pul yeyirlər..." Mənbə: "Müştərinin Səsi" SQ - Şikayətçi: Bəkir Qərib Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |