Əsas Səhifə > Siyasət, Manşet > “Bəzi qurumların sayəsində ölümə tərk edilmişəm”

“Bəzi qurumların sayəsində ölümə tərk edilmişəm”


6-01-2024, 11:21
“Bəzi qurumların sayəsində ölümə tərk edilmişəm”
Xaçmaz rayonu, Hacıəlibəyli kənd sakini Dadaşova Zərifə Mustafa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun pensiyasını qanunsuz olaraq kəsiblər:

"Mən, Dadaşova Zərifə Musatafa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1961-ci ildə anadan olmuşam, 2002-ci ildə əməliyyat olunmuşam. Yüksək təzyiqim olduğu üçün müddətsiz pensiyaya çıxmışdım. 2014-cü ildə açıq ürək əməliyyatə olunmuşam, ürəyimin 3 klapanı və şah damarımı dəyişib, plastmas qoyublar.

Əməliyyat pulum olmadığından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik və Heydər Əliyev Fondunun hesabına əməliyyat olundum.

Xəstəxanadan çıxandan sonra penisyamı artırmaq niyyəti ilə sənədlərimi yenidən quruma göndərdim. Müraciətimdən sonra müddətsiz alacağım pensiyamı 5 ildən birə saldılar. Daha sonra pensiyamı tamamilə kəsdilər, səbəbini isə bilmədim.

Dəfələrlə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban xanıma məktublar yazıb göndərsəm də, şikayətimə baxan olmadı. Daha sonra məktuba sığorta idarəsi cavab verdi. Bizi 5 nömrəli xəstəxanaya yönləndirdilər, orada da pul öz sözünü deyirdi. Pulum olmadığından pensiyam düzəlmədi.

2 dəfə Əlillərin Bərpa Mərkəzinə çağırıblar, amma oradada nə mənimlə, nə də digər xəstələrlə maraqlanmadılar.

Ailədə 8 nəfərik, dolanışığımız çətindir, müalicələrim qalıb, ürəyimin vəziyyəti günü-gündən pisləşir. Sağ olsun Mehriban xanım, ölməyə qoymadı, amma bəzi qurumların sayəsində ölümə tərk edilmişəm.

Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür”.

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağını bildirdilər.

Geri qayıt