Əsas Səhifə > Siyasət, Manşet > “Suraxanı Oyl” Əməliyyat şirkətində işçilərə qarşı haqsızlıq

“Suraxanı Oyl” Əməliyyat şirkətində işçilərə qarşı haqsızlıq


8-01-2024, 07:51
“Suraxanı Oyl” Əməliyyat şirkətində işçilərə qarşı haqsızlıq
" "Suraxanı Oyl" Əməliyyat şirkətində işçilərə qarşı haqsızlıq və diskrinimasiya tədbiq olunur. Bu hallar Vitse Prezident Rafael Nağıyev göstərişi ilə baş verir. Belə ki, Ali təhsilli beynəlxalq sertifikatlı insanları yararsız yük avtomobili sürməyə məcbur ediblər, əmək haqqlarında 40% dək azaldıblar.Son iki ildə köhnə, peşəkar, iş təcrübəsi olan işçilərə məcburi işdənçıxma ərizəsi yazdırılıb, yerlərinə isə yeni işçilər qəbul ediblər Haqsızlıq göz önündədir araşdırılsa, üzə çıxacaq". Bu açıqlama ilə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Hüquq müdafiəçisi daha sonra bildirib: "SOCAR isə belə bu məsələdə gücsüz olduğun bildirir(???). Bəs tərkibində həm də SOCAR nümayəndəsi olan ƏŞ üzrə müşahidə şurası necə???
Qeyd: Suraxanı Neft Yatağının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş, "Suraxanı Oil" layihəsi üzrə müqavilə 2005-ci il avqust ayının 16-da Bakıda SOCAR (25%) və "NOVATIS Oil" xarici şirkət (keçmiş adı "Rafi Oil") (BƏƏ - 75%) arasında imzalanıb. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin 1994-cü ilin sentyabr ayından imzalanan sayca 26-cı PSA müqaviləsidir..."
dia-az.life

Geri qayıt