Əsas Səhifə > Siyasət, Manşet > “Changan Azerbaijan” özünü biabır edib

“Changan Azerbaijan” özünü biabır edib


15-01-2024, 10:01
“Changan Azerbaijan” özünü biabır edib
“Changan Azerbaijan tam-tamına 9 aydır ki Müşviq İskəndərovun maşınını təmir edib ona verə bilmir. Təsəvvür edin, rəsmi təmsilçidən sıfır km maşın alırsan və rəsmi servis təminatın olur, amma ilk qəzanda 9 aydır rəsmi servis maşının detalını tapıb gətirə bilmir. Bir şirkət özü-özünü ancaq bu qədər bazarda və potensial müştərilərin gözündən sala bilərdi”.

Tribunainfo.az yazır ki, Azər Nəzərov sosial mediada bunu qeyd edib. Onun sözlərinə görə, belə təcrübədən sonra adam niyə Changandan avtomobil alsın ki: ” Əslində detal həqiqətən belə yoxa çıxıbsa, ən doğru yol sənə inanıb, məhsulunu alan müştərini çətin vəziyyətdə qoymaqdansa, ya ona avtomobilin ödənişini geri qaytarmaq ya da yeni avtomobil vermək idi. Bu qədər sadə həll oluna bilən məsələnin uzanması gülməlidir”.

“Changan Azerbaijan” özünü biabır edib
“Changan Azerbaijan” özünü biabır edib

Geri qayıt