Əsas Səhifə > Siyasət, Manşet > Nazim İbrahimovun yola salınacağı tarix bəlli oldu

Nazim İbrahimovun yola salınacağı tarix bəlli oldu


1-03-2014, 12:15
Nazim İbrahimovun yola salınacağı tarix bəlli oldu
DİA.AZ: - Bir müddət əvvəl oğlunun açıqladığı sərvətlə diqqətə gələn Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun görəvdən alınacağı ilə bağlı qərarın yaxın günlərdə açıqlana biləcəyi haqda xəbəri diqqətinizə çatdırmışdıq. DİA.AZ-a qeyd olunan istiqamətdən yeni informasiya daxil olub.

Hökumət içindəki mötəbər mənbə bildirir ki, Nazim İbrahimov yenə də vəzifə başında müəyyən müddətə saxlanılacaq, amma qısa sürə içində. Mənbənin söylədikləri: «Yenə də İbrahimov qardaşları «Khazar İslands» adalarının hesabına ayaqda durmağa müvəffəq oldular. Bu ilin may ayına qədər Nazim İbrahimova toxunulmayacaq».

Nazim İbrahimovun yola salınacağı tarix bəlli oldu

Xatırladaq ki, Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli illərdir ki, «Avesta» konserninin rəhbəri olaraq Xəzər dənizində Azərbaycan hökumətinin ən bahalı layihəsi kimi qiymətləndirilən «Khazar İslands»ın inşası ilə məşğuldur. Və bu səbəbdən İbrahimov qardaşlarına rəsmi Bakı tərəfindən yetərincə güzəştlər edilməkdə, şərait yaradılmaqdadır. Məhz bu səbəbdən hətta Nazim İbrahimovun komitə rəhbəri kimi vəzifədə qalmasına da problem yaradılmır. Amma son olaylar vəziyyəti kifayət qədər dəyişdiyindən İbrahimovların «imperiyasının» qürubunun uzaqda olmadığı anlaşılır. Artıq rəqibləri yaranmış situasiyadan yetərincə istifadə edə biliblər.

Nazim İbrahimovun yola salınacağı tarix bəlli oldu

Məlumatlı mənbə dia-az.life-a açıqlamasında bildirir ki, bu ilin may ayının əvvəlində adanın böyük hissəsinin açılışı olmalıdır: «Bununla da adanın inşası «Avesta» konsernindən alınacaq. Bu qərarla yanaşı həm də Nazim İbrahimovun vəzifədən çıxarılması qərarı da elan olunacaq».

Mənbə iddia edir ki, İbrahimovların bağışlanması versiyası gündəmdə deyil…

Geri qayıt