Əsas Səhifə > Siyasət, Manşet > "Məhkəməyə çağırdılar, amma heç kəs mənə qulaq asmadı"
"Məhkəməyə çağırdılar, amma heç kəs mənə qulaq asmadı"25-01-2024, 09:01 |
"Azəriqaz" İstehsalat Birliyi 3 ildir ki, yaşayış olmayan və qaz xətti çəkilməyən evə 8842 manat borc yazıb. Bu barədə Sonxeber.az-a şikayət daxil olub. N.O qeyd edib ki, Türkan qəsəbəsində 3 ildir yaşayış olmayan evinə 8842 manat borc yazılıb. "Üç il olar ki, yaşayış olmayan evimə sayğac qoymuşam. Evimdə yaşayış yoxdu, qazın "liniya"sı çəkilməyib. Amma məni 8813 manat cərimə ediblər. Məhkəməyə müraciət etdim. Məhkəməyə çağırdılar, amma heç kəs mənə qulaq asmadı. Hara gedirəmsə, şikayətimə baxılmır". Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |