Əsas Səhifə > Siyasət, Manşet > Deputatın oğlu Londondakı evini satdı və...
Deputatın oğlu Londondakı evini satdı və...6-02-2024, 08:55 |
"Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb". dia-az.life xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. C.Həsənli daha sonra bildirib: "Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb. Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil". dia-az.life qeyd edir ki, deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb. Geri qayıt |