Əsas Səhifə > Siyasət, Manşet > "İcra başçılarının yarısı, iki oliqarx məmur vəzifədən gedəcək"
"İcra başçılarının yarısı, iki oliqarx məmur vəzifədən gedəcək"8-02-2024, 16:01 |
“Yaxın zamanlarda iki çox tanınan nazir və komitə sədri istefaya göndəriləcək”. Bunu məşhur astroloq Səbuhi Rəhimli “Cebhe.info”-ya açıqlamasında deyib. O, yaxın zamanda gözlənilən dəyişiklər barədə proqnozuna belə davam edib: “Yəni populyar oliqarx məmurların minimum ikisi vəzifəsindən gedəcək. Amma ad çəkmək nəzakət qaydalarına uyğun deyil. Təbii ki, mən kim olduqların bilirəm, amma qeyri-etik olduğu üçün ad çəkmirəm”. Astroloqun sözlərinə görə, icra başçılarının da yarısı vəzifəsindən gedəcək: “Mən icra başçılarının yarısından çoxunun istefaya göndəriləcəyini gözləyirəm. Minimum isə bunu onların 40 faizinə şamil edə bilərik. Hətta araşdırmalarıma əsasən, 70 yaşdan yuxarı olan icra başçılarının hamısı gedəcək. Ümumiyyətlə, xeyli struktur dəyişikliyi olacaq. Bu dəyişikliklər isə martın ortalarına qədər davam edəcək. Martın ortalarına qədər populyar məmurların əksəriyyəti istefaya gedəcək. Qismən neytral olan adamların, bacarıqlı mütəxəssislərin vəzifələrə təyin olunacağını proqnozlaşdırıram”. Səbuhi Rəhimlinin proqnozuna əsasən, Milli Məclisdə də ciddi dəyişiklər gözlənilir: “Parlament seçkilərindən sonra hazırda Milli Məclisdə oturanların 60 faizi gedəcək. Yəni parlamentin yarıdan çoxu yenilənəcək”. Geri qayıt |