Əsas Səhifə > Siyasət, Manşet > ETSN rəhbərliyi “Asfalt Raqib”in ƏLİNDƏ QALIB?

ETSN rəhbərliyi “Asfalt Raqib”in ƏLİNDƏ QALIB?


16-02-2024, 09:23
ETSN rəhbərliyi “Asfalt Raqib”in ƏLİNDƏ QALIB?
"Haftonidən ümidverici və eyni zamanda narahatedici xəbərlər var". dia-az.life xəbər verir ki, bununla bağlı "Ecofront" adından informasiya yayılıb.
Məlumatda deyilir ki, ETS naziri Muxtar Babayevin razılığı ilə "Asfalt Raqib" tərəfindən məhv edilmiş bu meşə ilə bağlı "Ecofront"un müraciətinə güc strukturları qarışıb. Bu ümidverici tərəfidir. Narahatedici tərəfi odur ki, Muxtar Babayev güc strukturlarını aldatmaq üçün dəridən-qabıqdan çıxır.
dia-az.life "Ecofront" nümayəndəsinin açıqlamasını ttədqim edir: "Bir neçə gün öncə Lənkəran Rayon Polisindən bu mövzuda bizə aidiyyatı üzrə suallar ünvanlandı. Əldə etdiyimiz başqa məlumata görə isə Lənkəran polisi (hər halda öz nazirliklərindən aldıqları təlimat üzrə) ETSN-ə sözügedən meşənin əvvəlki vəziyyəti ilə bağlı sorğu göndərib. ETSN hələ də sorğuya cavab verməyib. Mən təxmin edə bilərəm ki, necə fırlada biləcəklərini düşünürlər.
Meşənin əvvəlki vəziyyətinin peyk görüntüləri ortadadır. ETSN-dən yox "Azərkosmos"dan soruşa bilərsiz.
ETSN-ə gəldikdə isə hansısa direktorun tavana baxıb imzaladığı bir sənəd əsas ola bilməz. Əsas həmin meşə dolaylarının meşə quruluşu-taksasiya sənədləridir. O sənədlərdə isə ora meşə ilə örtülü ərazidir. Daha texniki detallar da var orda növ tərkibi, doluluğu, sıxlığı və s. Bu sənədlər, bu göstəricilər olmadan ETSN-in istənilən açıqlaması Muxtar Babayevin şəxsi göstərişindən başqa bir şey deyil".

ETSN rəhbərliyi “Asfalt Raqib”in ƏLİNDƏ QALIB?

Geri qayıt