Əsas Səhifə > Siyasət, Manşet > Avropa Parlamentindən Azərbaycana qarşı AÇIQ SAVAŞ QƏRARI...
Avropa Parlamentindən Azərbaycana qarşı AÇIQ SAVAŞ QƏRARI...29-02-2024, 10:08 |
Avropa Parlamenti Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsini tələb edən Avropa Birliyinin (AB) xarici, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib. Teleqraf.com xəbər verir ki, Hər iki bədnam qətnamədə AB-yə Azərbaycana qarşı sanksiyalara çağırış var: “Dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq edin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırın. Azərbaycanın Ermənistana qarşı hər hansı hərbi təcavüzü (böhtan – red.) halında Azərbaycanın siyasi-hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun. AB-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyasını artırın, müddətini uzadın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin. Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın”. Geri qayıt |