Əsas Səhifə > Siyasət, Manşet > Qarabağ Qazisi adından SUİ-İSTİFADƏ... yoxsa?
Qarabağ Qazisi adından SUİ-İSTİFADƏ... yoxsa?2-03-2024, 10:08 |
"Hərbiçimiz Kənan Rzayev maşın qəzasına düşüb. Və onurğa iflici olub. Hazırda yerimə qabiliyyətini itirib..." dia-az.life bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ayşan adlı istifadəçi məlumat paylaşıb. Təbii ki, bizlər də digər yardım çağrışalrından biri kimi bu elanın üzərindən keçə bilərdik. Amma diqqətimizi yetərincə şübhəli məqamlar çəkdi ki, onları da sizinlə paylaşmaq istəyirik. İlk əvvəl elanın tam mətnini diqqətinizə çatdırırıq... Beləliklə, Ayşan adlı şəxs yazır: "1-ci Qarabağ döyüşlərində çox yaxından iştirak etmiş. Medallarla təltif olunmuşdur. İlkin əməliyyatı dövlət öz üzərinə götürmüşdür. Amma müalicənin davamı üçün Turkiyəyə getməlidir. Ailənin bu müalicəni qarşılıyacaq gücü yoxdur. İmkanı olan şəxslərdən 1 manat belə olsa, yardım etmələrini istəyirəm. İstəyən hər kəs gedib xəstəxanada da baxıb, görə bilər. Hazırda xəstəxanadadır. May ayında Turkiyəyə getməlidir. 65.000 manata ehtiyac vr... Kart nömrəsi unibank bank : 5243 7544 4249 5055" Diqqət etdinizsə, elan müəllifi burada əlavə dəlil-sübut gətirərək sanki inanmayanları xəstəxanaya da dəvət edir. Bu bir yana, eyni zamanda bildirir ki, dövlət ilk başdan müalicəni öhdəsinə götürsə də, sonradan sanki imtina edib... Belə olmur axı... Bu da bir yana... Ayşan elanında göstərir ki, Kənan Rzayev hərbçi olsa da, müharibədə yox, avtoqəzada xəsarət alıb, amma aşğıda təqdim etdikləri videoda elan müəllifləri başqa bir iddianı da ortaya qoyurlar və onlar sözügedən şəxsin Qarabağ Qazisi olduğunu və Vətən Savaşı iştirakçısı olduğunu qeyd edirlər... VİDEO - baxmaq üçün bura tıklayın... Hər halda, bu iddiaların şübhəliliyi kifayət qədər cəlbedici olduğundan gərəkən qurumların məsələ ilə bağlı arşdırma aparması zəruridir. Yox, həqiqətən də təqdim olunan, köməyə ehtiyacı olan şəxs qazidirsə, o zaman dövlət yenə də məsələni öz üzərinə götürməli, qazimizlə bağlı az qala dilənçi kampaniyasını durdurmalıdır... Əlvə bilgilər olacaqsa, diqqətinizzə çatdıracağıq... Geri qayıt |