Əsas Səhifə > Siyasət, Manşet > İran mətbuatı Elmar Vəliyevə qarşı nədən bu qədər qərəzlidir?
İran mətbuatı Elmar Vəliyevə qarşı nədən bu qədər qərəzlidir?8-03-2014, 10:51 |
DİA.AZ: - Neçə müddətdir ki, İran mediası Azərbaycanda özü üçün müxtəlif hədəflər müəyyənləşdirib və bu hədəflərilə bağlı müəyyən addımlar atmaqdadır. Məsələn, bu əsnada xüsusi olaraq diqqətə gələni ayrı-ayrı məmurlarımızın, dövlət adamlarının fars-molla rejiminin mətbuatı tərəfindən «vurulması» faktının intensivliyidir. DİA.AZ bildirir ki, son günlər xüsusi olaraq iki məmura qarşı molla mətbuatının aşkar hücumları müşahidə olunur. Onlardan biri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, digəri isə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Maraqlıdır ki, Oqtay Əsədov özü də İrana səfəri öncəsi iran mətbuatının hücumlarına məruz qaldı. Hər halda, bu fakt kifayət qədər cəlbeidici idi və anlaşıldı ki, rəsmi Tehran Azərbaycan dövlətinin yuxarı elitasında qərarlaşan məmurlara hətta səfəröncəsi sürprizlər hazırlama fürsətini əldən vermir. Daha çox hədəfə çevrilənlərdən biri isə Gəncənin icra başçısı Elmar Vəliyevdir. Burada da kifayət qədər fəal görünən iran mətbuatı hətta Gəncə şəhər İH başçısına qarşı lənət oxumaqdan belə qalmadı. Bu günlərdə bu barədə məlumatı diqqətinizə təqdim etmişdik və aydın olurdu ki, iran məscidlərində Elmar Vəliyevə ölüm arzulanan xütbələr belə oxutdurulub. Diqqət çəkən bir başqa məqam isə Elmar Vəliyevlə bağlı Azərbaycan mediasında yer alan tənqidi materialların da İranın nüfuzlu qəzetlərinin səhifələrinə asanlıqla yol tapmasıdır. dia-az.life bildirir ki, Azərbaycan mətbuatında yer alan bu kimi materiallar neçə müddətdir intensiv şəkildə İran qəzetlərində də təkrar tirajlanır. Təbii ki, Elmar Vəliyevə rəsmi Tehranın belə qəzəbli olmasının səbəbləri hər kəsə aydındır. Gəncənin sabiq icra başçısı Eldar Əzizovun dövründə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə kifayət qədər təşkilatlanma fürsəti əldə edən irana aid şəbəkə Elmar Vəliyevin gəlişindən sonra ciddi zərbələr alıb. Və görünəni odur ki, rəsmi Tehran Elmar Vəliyevi buna görə bağışlamaq fikrində deyil… Geri qayıt |