Əsas Səhifə > Siyasət, Manşet > Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında

Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında


11-03-2014, 10:06
Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında
DİA.AZ: - «Bəzi mətbuat orqanları yazırlar ki, Prezident Administrasiyasında qarşıdurma başlayıb, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil». Xatırladaq ki, bu ifadələri keçən həftə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov işlətdi. Doğrudur, Əli Həsənov fikirlərini bu ifadələrlə başlasa da, ardından iqtidar daxilində - konkret olaraq Prezident Administrasiyası daxilində bir çəkişmənin olduğunu rəsmən etiraf etdi.

Əslində Əli Həsənovun rəqiblərinə əzələ nümayişi kimi qəbul edilən və keçən həftə baş tutan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda PA rəsmisi çox ilginc gedişləri ilə də diqqətə gəldi.

DİA.AZ olaraq Əli Həsənovun çıxışından bəzi məqamları təkrar olaraq diqqətinizə təqdim edirik: O, bildirdi ki, əlbəttə, cəmiyyətdən gələn müəyyən siqnallar var və PA-nın şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: "Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meyilləri də var, belə qarşıdurma meyillərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik".

Təbii ki, burada Əli Həsənovun daxili intriqaları etiraf etməsi bir ayrı məsələdir, bu hadisəni qiymətləndirməsi bir ayrı. Diqqət yetirin, Əli Həsənov əslində üz-üzə gələn tərəflərindən birini təşkil etdiyi iç savaşla bağlı kənardan qiymət verməyə qalxır. Sanki bu konfliktin tərəfi deyil və hətta bu qiymətləndirməsi zamanı özünü daha da yuxarı mərtəbədə təqdim edərək, sanki rəqiblərinə meydan oxuyurmuş kimi davranır. «Biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik» deyən Əli Həsənov əslində ilk dəfə deyil ki, yuxarı mərtəbədə dayanmağa cəhdlər edir.

dia-az.life-ın apardığı qısa araşdırmalar nəticəsində də ortaya maraqlı məqamlar çıxır. Məsələn, aydın olur ki, illərdir Əli Həsənov hakimiyyət daxilində şəxsi reytinqinin formalaşdırılması üçün çabalar sərf edir. Hətta ona müraciət edənləri belə xüsusi rituallara əməl etməyə vadar edir. Təbii ki, vəzifəcə ondan aşağı olanlara. Halbuki onunla eyni ranqda olan və yaxud da ondan yuxarı vəzifədə olan digər hakimiyyət mənsubları heç bir halda Əli Həsənov qədərində qeyri-təvazö görüenməyiblər, görünməyə cəhdlər də etmirlər.

Bu barədə redaksiyamız maraqlı faktları da əldə edib. Məsələn, aydın olur ki, Əli Həsənov xarici ölkələrə səfəri zamanı, xüsusən Türkiyə ziyarətlərində özünü Azərbaycanda olmayan bir statusda - vitse-prezident statusunda təqdim edir. Halbuki bu günə qədər nəinki PA-nın hansısa digər şöbə müdirləri, nəinki PA rəhbərinin müavinləri, hətta PA rəhbəri Ramiz Mehdiyevin özü belə özünün təqdimatı zamanı Azərbaycanın vitse-prezidenti statusundan istifadə etməyib.

Təbii ki, kimlər üçünsə bu fakt qeyri adi görünə bilər. Amma burada çox ciddi məqamlar var. İlk olaraq araşdırmalarımız zamanı Əli Həsənovun iştirak etdiyi tədbirlər barədə Türkiyə mediasında yer alan iki xəbərdən çıxarışı diqqətinizə təqdim edirik:

Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında
Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında

Ekovitrin Medya Grubu’ndan SOCAR’a “Yılın Yabancı Yatırımcısı” ödülü

Azeri Cumhurbaşkanı Yardımcısından Dünyaya Kardeşlik Mesajı

Bu faktlardan da görünür ki, Əli Həsənov cənabları təsadüfi olaraq özünü DÖVLƏT BABA kimi görmür və bu, onun ilk dəfəsi deyil. Hakimiyyətin ona tanıdığı imtiyaz və resurslardan öz şəxsi mənafe və mənfəəti üçün gen-bol istifadə fürsətindən yetərincə yararlanan və günü bu gün də yararlanmaqda olan Əli Həsənov çox güman özünü daha yuxarı mərtəbələrdə gördüyündən indidən irearxiya pillələrində adını yuxarılara daşımağa tələsir.

Onu da bildirək ki, Əli Həsənovdan fərqli olaraq, məsələn, ondan daha yuxarı mövqedə və vəzifədə dayanan PA rəhbərinin müavini Novruz Məmmədov özünü nə ölkə içində, nə də kənarda fərqli formatda, statusda tanıtmağa heç bir lüzum görmür. Necə var, eləcə …

Əli Həsənov nədən DÖVLƏT BABA olmağa bu qədər həvəslidir PA işçisi vitse-prezidentlik marağında

Azerbaycan Cumhurbaşkanlığı İdaresi Başkan Yardımcısı Memmedov, Ankara'da - Bu faktı da təsadüfən diqqətlərə təqdim etmədik. Çünki düşünülə bilərdi ki, Əli Həsənov Türkiyədə Prezident Administrasiyası institutunun olmadığını əsas tutaraq özünü qardaş ölkədə qeyd olunan şəkildə nişan verib. Əsla. Türkiyədə prezident idarəçiliyinə keçidlə bağlı yeni tədarüklənmə olsa da, qardaş ölkədə bu idarəetmə üsulu ilə bağlı yetərincə bilgilidirlər. Yəni gözlərini dünyaya qapamayıblar və hansı vəzifənin hansı əhəmiyyət daşıdığının tam olaraq fərqindədirlər…

Bildirək ki, Əli Həsənov Türkiyəyə müxtəlif adlar və mərasimlər altında tez-tez səfərlər edir. Belə isə anlaşılanı odur ki, möhtərəm şöbə müdiri qardaş ölkədə VİTSE-PREZİDENTLİYİN dadını çıxarmaq üçün səfərlərini intensiv etməkdədir…

Geri qayıt