Əsas Səhifə > Siyasət, Manşet > "Kəndlərin heç birində xəstəxana və təcili yardım yoxdur"

"Kəndlərin heç birində xəstəxana və təcili yardım yoxdur"


4-04-2024, 08:59
"Kəndlərin heç birində xəstəxana və təcili yardım yoxdur"
Cəlilabad rayonu, Komanlı kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər rayonun icra başçısı Rafiq Cəlilovdan narazılıqlarını bildirirlər:

“Biz, sakinlər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Rayonun icra başçısı öz səlahiyyətlərini yerine yetirməyə borcludur. Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin mühüm sahəsini təşkil edir.

Bundan başqa, ölkə rəhbəri İlham Əliyevin göstərişinə əsasən, məmurlar vətəndaşları dinləməyə, onların problemlərini həll etməyə borcludurlar. Cəlilabad icra başçısı isə, əksinə, “Burda mənəm, Bağdadda kor xəlifə” deyib, yerli camaatı incitməkdən çəkinmir.

Cəlilabad rayonunda 7 kənd var. Bu kəndlərin heç birində xəstəxana və təcili yardım yoxdur. 30 illik tibb məntəqəsini icra başçısı satışa çıxarıb, satıb. Tək xəstəxananı yox, boş görünən hər yeri satırlar.
Cənab Prezident İlham Əliyevdən xahiş edirik, belə məmurlardan biz kəndliləri xilas edin".

Şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:


Geri qayıt