Əsas Səhifə > Siyasət, Manşet > Ətin qiymətinin qalxmasının səbəblərindən biri də...
Ətin qiymətinin qalxmasının səbəblərindən biri də...23-04-2024, 09:09 |
Sabirabad rayonu Poladtuğay kənd sakinləri- Hüseynov İntizam, Sayılov Cavid, Fərəcov Nizami, İsayev Qəşəm, İsayev Qalib, Sayılov Balahüseyn, Əsədov Rasim, Rəsulov Şahin, Əliyev Şirzad və digər şəxslər kəndlərində baytar həkimin olmamasından şikayətçidirlər. Faktinfo.az saytına göndərilən şikayət məktubunda qeyd edilir ki,Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafında maraqlı tərəf kimi görünməyib.Əks təqdirdə 2022-ci ildən Sabirabad rayonu Poladtuğay kəndində baytar həkim məntəqəsi ləğv edilməzdi. Şikayətçilər bildirirlər ki,2022-ci ilə qədər kənddə baytar həkim olub və onlar mütəmadi olaraq baytar həkimin imkanlarından istifadə ediblər. Elə ki, bu ştat ləğv olunub,kənd sakinlərinin iri və xırda buynuzlu heyvanları tədricən tələf olmağa başlayıb.Hazırda mənfi fəsadları qiymətləndirən kənd sakinləri hesab edirlər ki,Kənd Təsərrüfatı Nazirliyi rayonlarda insanlarının rifah halının yaxşılaşdırılmasında,heyvandarlığın inkişafında maraqlı tərəf kimi çıxış etmək istəyirsə, kəndləri,o cümlədən Sabirabadın Poladtuğay kəndini baytar həkimlə təmin etməlidir. Kənd sakinləri onu da qeyd edirlər ki,son illər ətin qiymətinin qalxmasının səbəblərindən biri də baytar həkimlərin ixtisara salınması,onların regional idarələrdə cəmləşdirilməsidir. Bu səbəbdən də xırda və iri buynuzlu heyvanların tələf olma faizi artıb. Eləcə də,Sabirabad rayonu Poladtuğay kənd sakinləri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdan bu məsələni diqqətdə saxlamasını,zamanla yol verilmiş səhvin aradan qaldırılmasını xahiş edirlər. Geri qayıt |