Əsas Səhifə > Siyasət, Manşet > İki naziri yola salan Heydər Yaqubov...
İki naziri yola salan Heydər Yaqubov...26-04-2024, 08:56 |
Onun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə nazirlərə “yol tapan” Heydər Yaqubovun bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur... Keçən il aprelin 14-də Kənd Təsərrüfatı Naziri təyin edilən Məcnun Məmmədovun nazir kimi fəaliyyətə başlamasının 1 ili tamam olmasına baxmayaraq, hələ də qurumda ciddi islahatlara başlamayıb. AzFakt xəbər verir ki, buna baxmayaraq ötən həftə nazirin əmri ilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub. Məlumata görə Məcnun Məmmədov rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını dəyişməkdə qərarlıdır. Çünki bu mərkəz direktorlarının içərisində elələri var ki, haqqında çoxsaylı şikayətlər, narazılıqlar olsa da vəzifələrini qoruyub saxlaya biliblər. Qeyd edək ki, bunlardan biri də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovdur. İki naziri Heydər Əsədov və İnam Kərimovu yola salan Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun nazir Məcnun Məmmədovla işləyəcəyi isə sual altındadır. Bildirək ki, Heydər Yaqubov 2015-ci ilə qədər Sabirabad icra başçısının Aqrar məsələlər üzrə müavini vəzifəsində işləyib və daha sonra yaradılan Kənd təsərrüfatı idarəsinin müdiri təyin edilib. 2018-ci ildən isə Sabirabaq Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyir. AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, işdən çıxarılacaq Dövlət Aqrar İnkişaf Mərkəz direktorları siyasında Heydər Yaqubovun adı ilk sıralardadır. Çünki neçə ildir Sabirabad sakinləri Heydər Yaqubovdan o cümlədən ölkə mətbuatı vasitəsi ilə də müxtəlif instansiyalara şikayətlər etməkdədirlər. Mənbəmiz qeyd edir ki, bu şikayətlərə və Yaqubovun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə yuxarıda adını çəkdiyimiz nazirlərə “yol tapan” Heydər Yaqubovun bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur. Çünki Sabirabad sakinləri iddia edirlər ki, Heydər Yaqubovun himayədarı Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovdur və Zeynalovun KTN-də mövqelərinin hələ də güclü olduğu bildirilir. Bu üzdən də Heydər Yaqubovun bütün şikayətlərə və narazılıqlara baxmayaraq vəzifəsində qalması mümkündür. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Geri qayıt |