Əsas Səhifə > Siyasət, Manşet > "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb"

"Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb"


16-05-2024, 09:12
"Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb"
Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi ev 778 mənzil 31-də yaşayan Səmədova Zeynəb Sadiq qızı kök-hüceyrə müalicəsi aldığını, lakin bunun heç bir nəticə vermədiyini deyir.

AFN.az
-ın redaksiyasına bununla bağlı şikayət ünvanlayan Z.Səmədova bildirir ki, bu müalicəni "İnternational Medical Center" klinikasında həkim Aytən Əliyeva aparıb: "Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı tamam itirmişəm. Ayaqlarımda şiddətli ağrılar olduğu üçün Aytən Əliyevaya müraciət etdim. Aytən həkim isə mənə ayaqlarımda kök hüceyrə müalicəsinə ehtiyac olduğunu bildirdi və məni əmin etdi ki, bu müalicəni keçsəm, tam sağalacam. O, bunun üçün məndən 3500 manat aldı. Lakin bu günə qədər heç bir müsbət nəticə olmayıb. Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb. Aytən Əliyeva öz səriştəsiz əməlinin üstünü ört basdır etmək üçün bunun adi hal olduğunu bildirir və ağrıkəsici dərmanlar yazaraq məni aldatmağa çalışır. Mən Aytən Əliyevadan verdiyim pulu tələb edirəm, o isə deyir ki, vermirəm, get hara istəyirsən şikayət elə. Ayaqlarımda quruma gedir, əmək fəaliyyətim də bərpa olunmayıb ki, işləyəm həm özümü dolandıram, həm əməliyyat üçün etdiyim borcları verəm. Həkim mənim üzümə dayanır ki, səndə heç nə yoxdur, sağalmısan. Əməliyyatdan sonra bir də MRT olundum, dedilər ki, problem yerindədir".
Şikayətçi A.Əliyevanın televiziyalarda insanları aldatdığını bildirir: "Onun bu formada fəaliyyətinin davam etməsi yolverilməzdir. Əgər buna göz yumulsa, məndən başqa hələ çoxlu sayda xəstə onun səhlənkarlığının qurbanı olacaq. Mən ölkə rəhbərliyindən, səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən xahiş edirəm, nəticəsiz əməliyyat üçün məndən alınan 3500 manatın geri qaytarılmasına və məni səhv müalicə edən həkim Aytən Əliyevanın barəsində ciddi tədbirlər görülməsinə sərəncam versinlər".

Məsələ ilə bağlı A.Əliyeva bildirdi ki, xəstənin ağrıları onurğa problemindən irəli gəlir: "Artroz diaqnozu ilə oynaqlarına hüceyrə olunub. Hüceyrə prosedurundan sonra oynaqları çox yaxşıdır. Xəstənin şəkəri həddindən artıq yüksəkdir. Onda həmçinin nevropatik ağrılar vardı. Xəstə bizə diz oynağı ağrıları ilə müraciət edib. Ona kök-hüceyrə proseduru etmişik yanvar ayında. Prosedurdan sonra müayinə olunub, diz oynaqları ideal vəziyyətdə idi. Xəstədə nevropatik ağrılar davam edir. Mən ona bildirdim ki, şəkərin yüksəkdir, bu nevropatik ağrılara görə müalicə almalısan. Təklif etdim ki, bu ağrıların onurğa ilə bağlı olub-olmamasını öyrənmək üçün MRT müayinəsindən keç. Həmçinin bildirdim ki, eyni zamanda nevroloji müayinə götürməli, bununla yanaşı da endikrinoloqa müraciət etməlisən. Ondan sonra xəstəni görməmişəm. Bir daha qeyd edirəm, o xanım nevropatik ağrılardan əziyyət çəkir: beldən başlayır ayaqlara qədər ağrılar yayılır. Kök-hüceyrə prosedurundan sonra onun diz oynağı ilə bağlı heç bir problemi yoxdur. Bu, digər həkimlər, ekspertlər tərəfindən də yoxlanıla bilər".

Kök hüceyrələr insanların bütün toxumalarında damarların ətrafında yerləşən progenitor hüceyrələrdir. Toxuma zədələndiyi zaman bu hüceyrələr aktivləşərək bir tərəfdən toxumanın təmiri üçün lazım olan böyümə faktorlarını ifraz edir, digər tərəfdən də sağalma üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları, yağ kimi fərqli toxumalara çevrilə bilirlər. Son illərdə bir sıra xəstəliklərin müalicəsində kök hüceyrələrdən istifadə edilir. Lakin maraqlıdır ki, bu müalicə metodu həkimlər arasında birmənalı qiymətləndirilmir.

P.S. Z.Səmədova bizimlə söhbətində qeyd etdi ki, digər saytlarda məsələ ilə bağlı yazı dərc edilərkən, səhvən A.Əliyevnın Respublika Neyrocərrahiyə Xəstəxanasının həkimi olduğu qeyd edilib.

"Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb"

Geri qayıt