Əsas Səhifə > Siyasət, Manşet > Köhnə tədris ili bitməyib... YENİSİNİN BAZARLIĞI APARILIR...
Köhnə tədris ili bitməyib... YENİSİNİN BAZARLIĞI APARILIR...17-05-2024, 09:25 |
Binəqədi rayon 248 saylı orta məktəbin rəhbərliyi özünün iş metodu ilə bir çoxlarına DƏRS KEÇƏ bilər... Hər halda iddia olunanlardan belə anlaşılır. dia-az.life-nun elektron poçtuna ünvanlanan müraciətdən belə anlaşılır ki, məktəbin rəhbərliyi hələ hazırki dərs ili tamamlanmamış yeni tədris ilinin bazarlığına başlayıb və indidən müəllimlərlə dərs saatı bazarlığı edir. Məlumatda qeyd edilir ki, 248 saylı orta məktəbin direktoru Xəyyaam Fərəcov hazırki dərs ilinin bitməməsinə bamayaraq Xəyyam Fərəcov və müavini indidən dərs bölgüsünə başlayıblar. Belə ki, bir müəllimin dərs saatını başqa bir müəlliməyə yükləməklə, bir saat dərs üçün 50 azn, 2 saat dərs üçün isə 100 azn hesab alırlar. Məlumatı verən qaynaq iddia edir ki, Xəyyam Fərəcovun belə bir tələskənliyi səbəbsiz deyil: "Söhbət gəzir ki, onu direktor vəzifəsindən uzaqlaşdıracaqlar. O da özünün olmayacağı dövrün pulunu bəri başdan yığmaq fikrinə düşüb..." Geri qayıt |