Əsas Səhifə > Siyasət, Manşet > ETSN nədən Bonn öhdəliyinin şərtlərinə ƏMƏL ETMİR...

ETSN nədən Bonn öhdəliyinin şərtlərinə ƏMƏL ETMİR...


31-05-2024, 08:59
ETSN nədən Bonn öhdəliyinin şərtlərinə ƏMƏL ETMİR...
COP29 tədbirinin ölkəmizin adına necə mühüm hadisə olduğunu söyləmək yersizdir. Bəli, bu mühüm hadisə ərəfəsində bizlər də sözgüedən tədbirin tədarükündə olan dövlətimizin fəaliyyətinə kölgə salmaqda olan neqativləri bir-bir diqqətlərə çatdırırıq. Beləliklə, Dia-az.İnfo olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi adına növbəti biabırçı faktı təqdim edirik. Diqqət edin... Beləliklə...

Bonn öhdəliyi (#BonnChallenge) deyilən bir anlaşma var ki, bu öhdəlik 2011-ci ildə Almaniyada ölkələrin könüllü iştirakı ilə qəbul olunub. Hədəf 2030-cu ilə qədər 350 milyon hektar deqradasiyaya uğramış ərazini bərpa etməkdir.

Azərbaycan 2019-cu ildə könüllü şəkildə öhdəliyə qoşulub və 2030-cu ilə qədər 170 min hektar ərazini bərpa edəcəyini göstərib (əgər artıq büdcə olarsa əlavə 100 min hektar da artırmaq şərtilə).

Qərarın verildiyi konfransda ETSN xüsusilə də Tuqay meşələrinin bərpasına üstünlük verəcəyini qeyd edir.

Bonn öhdəliyinin rəsmi səhifəsinə görə hələ ki, Azərbaycanda son 5 ildə bərpa olunmuş təbiət ərazisi SIFIR FAİZDİR!!!

Bəli 0%.

Ya statistik məlumatları lazımi şəxslərə ötürməyiblər, ya da öhdəlik sənəd üzərində qalıb sadəcə.

Bənzər formada FAO-nun hesabatına görə 2030-cu ilədək ölkə üzrə meşələrin həcminin 20%-a çatdırılması hədəfi var. Hazırda hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Biz isə Qusar meşəsi keysində nə görürük? Yırtıcı meşədağıtma siyasəti.

Bu il keçirilicək COP29 da Azərbaycanın üzərinə götürdüyü bu (və digər) öhdəliklərin necə yerinə yetirdiyinə diqqət ayırması və hədəfə çatması üçün ciddi addımlar atmasını zəruri etməkdədir...

DAVAMI MÜTLƏQ OLACAQ...

Geri qayıt