Əsas Səhifə > Siyasət, Manşet > "Söhbət 2-3 manatda deyil... AMMA..."

"Söhbət 2-3 manatda deyil... AMMA..."


8-06-2024, 13:14
"Söhbət 2-3 manatda deyil... AMMA..."
Tanınmış jurnalist supermarketləri “cibə girməkdə” günahlandırıb.

Media nümayəndəsi Əzizə İsmayılova bununla bağlı şikayətini bildirib.
“Supermarketlərin cibə girmək strategiyası bitmir ki, bitmir. Səhər-səhər girmişəm “Grandmart Supermarket”ə (Nizami m. yanında) kiloqramı 5 manat neçə qəpiklik gilas götürmüşəm. Götürmədən əvvəl tərəzidəki oğlandan bir də “qiymət budur?” deyə dəqiqləşdirmişəm. Tərəziyə qoyanda bir də dedim ki, “kilosu 5 manat” olandan götürdüm. “Yaxşı” deyib vurdu. Mən də fikir vermədim”, – deyən jurnalist çekə baxıb görüb ki, kilosu 8 manat 50 qəpiklik gilası vurulub.
Ə.İsmayılova bildirib ki, söhbət 2-3 manatda deyil, insanların etibarından istifadə edib cibinə girməkdən gedir: “Hər adamdan 2-3 manat qazanmaqla etibar itirməyə dəyərmi? Halal etmirəm, biləsiz”.
Onun paylaşımına yazanlar arasında bunu texniki problemlə əlaqələndirənlərlə yanaşı, sözügedən problemin əksər supermarketlərdə yaşandığını qeyd edənlər də olub.

araz.az

"Söhbət 2-3 manatda deyil... AMMA..."

Geri qayıt