Əsas Səhifə > Siyasət, Manşet > NDU-nun rektoru Ali Məclisin tələbə olan Aparat rəhbərindən niyə dərsə davamiyyət tələb etmir?..
NDU-nun rektoru Ali Məclisin tələbə olan Aparat rəhbərindən niyə dərsə davamiyyət tələb etmir?..15-06-2024, 09:54 |
Yaxın aylardan birində növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə şübhə yoxdur. Belə olan təqdirdə, paralel olaraq Naxçıvan Ali Məclisinə də seçkilər baş tutacaq. Naxçıvanın yerli parlamenti formalaşandan sonra, deputatlardan birinin Ali Məclisin sədri kimi strateji posta seçilmək şansı olacaq. Maraqlıdır, Konstitusiyaya görə Naxçıvanın ən ali vəzifəsi sayılan bu postu kim tuta bilər? Bu xüsusda bir neçə real adamın adı hallanır. Onlardan biri: hazırda Ali Məclisin sədr müavini postunu tutan və faktiki olaraq sədrin səlahiyyətlərini icra edən – Anar İbrahimovdur. Digəri isə hazırda Ali Məclis Aparatına rəhbərlik edən – Ülvi Hüseynlidir. Bir neçə gün əvvəl, bəzi tanınmış KİV-də məhz bu şəxslərin deyilən posta seçilmək üçün şanslı olmaları və aralarında ciddi rəqabətin getməsi ilə bağlı təhlil yazısı tirajlandı və nədənsə, bir neçə saat sonra həmin yazıların hamısı saytlardan silindi. Hər bir şəxsin vəzifə tutmaq iddiası ola bilər və bu sahədə sağlam rəqabətin olması da normaldır. Bu, həm də əsl demokratiya nümunəsi sayılır. Belə mövzuda adları hallanan şəxslər də bundan qəti narahat olmamalıdır. İki gün əvvəl TNS saytı bu mövzuya “ip ucu” verə biləcək bir məlumat paylaşdı. Sayt etibarlı mənbələrə istinadən Ali Məclisin yeni tərkibində kimlərin təmsil ola biləcəyini təxmin edən bir siyahı ortaya qoydu və hətta iddia etdi ki, adları çəkilən adamlar indidən seçki hazırlığına başlayıblar. Həmin məlumatda diqqətimizi bir məqam çəkdi. Ali Məclis sədrliyinə adı real namizəd kimi hallanan və hazırda Ali Məclisin Aparatına rəhbərlik edən Ülvi Hüseynlinin üniversitet tələbəsi kimi təqdim edilməsi. Çox maraqlıdır, bəyəm, bu qədər ciddi postu tutan Ülvi Hüseynlinin ali təhsili yoxdur ki, sayt onu Naxçıvan Dövlət Universiteti Hüquq fakultəsinin qiyabi oxuyan birinci kurs tələbəsi kimi təqdim edir? Apardığımız dəqiqləşmədən sonra məlum oldu ki, Ülvi Hüseynli Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakultəsinin məzunu olub, ancaq hal-hazırda doğrudan da qiyabi olaraq ikinci ali təhsilini alır. İstənilən sayda ali təhsil almaq hörmətli Ulvi müəllimin hüququdur və buna kimsə irad tuta bilməz. Ancaq görəsən, belə yüksək vəzifəni tutan Ülvi bəy doğrudan da gedib Naxçıvan Dövlət Univetsitetində aiditoriyada əyləşib, mühazirə dinləyirmi? Bu, lap Vasif Talıbovun 40 yaşında BDU-nun Hüquq fakultəsini bitirməsinə bənzədi. İş burasındadır ki, Ülvi müəllimi də Vasif Talıbov kimi auditoriyada görən olmayıb. Əgər belə deyilsə, qoy Universitetin rektoru hörmətli Elbrus İsayev Ülvi müəllimin necə mühazirə diləndiyi ilə bağlı görüntüləri bizimlə bölüşsün. Bəlkə də bundan sonra Ülvi müəllim dərslərindəki davamiyyətə əməl edəcək, Elbrus müəllim bundan sonrakı görüntüləri paylaşacaq. Hətta belə olsa da sevinərik ki, tənqiddən nəticə çıxarılıb. Amma demək istədiyimiz odur ki, ikinci ali təhsil aldığı dönəmdə Ülvi müəllimi Universitetdə tələbə kimi görən olmayıb. Naxçıvan Dövlət Universitetindən söz düşmüşkən, qeyd edək ki, bu təhsil ocağının rektoru Elbrus İsayev də Ali Məclisə sədr seçilmək üçün çox ciddi çalışır. Hətta onun yaxın ətrafı belə təbliğat aparır ki, bu posta adları çəkilənlər arasında ən şanslı namizəd məhz rektordur. Bəlkə elə buna görədir ki, o, Ülvi Hüseynlidən ciddi davamiyyət tələb etmir ki, potensial alternativlərdən biri ilə bağlı “qara piar” üçün zəmin formalaşsın… Məhəmmədəli QƏRİBLİ, Azinforum.az Geri qayıt |