Əsas Səhifə > Siyasət, Manşet > "Bunlara bir nəzarət edən yoxdurmu?"
"Bunlara bir nəzarət edən yoxdurmu?"24-06-2024, 09:03 |
Bəzi tibb müəssisələrinin İcbari Tibbi Sığorta qaydalarına uyğun olaraq xəstələrə yardım etməkdən boyun qaçırmaları artıq ənənə halını alsa da, bu barədə əlaqədar qurumların ya yetərsiz müdaxilələri, əksər hallarda isə fəaliyyətsizlikləri bu kimi faktların geniş vüsət almasına nədən olmaqdadır ki, bu da haqlı olaraq narazılıqlara səbəb olur. Biz də Dia-az.İnfo olaraq növbəti belə giley faktını təqdim edirik və ümid edirik ki, gərəkən təşkilatlar məsələni diqqətə alarlar... Beləliklə, Qərənfil Məmmədova adlı şikayətçi yazır: "Mən bu günlərdə əməliyyat olmuşam. Özüm SOCAR-ın işçisiyəm və müraciət etdiyim Gəncə Mərkəzi Klinik xəstəxanasında sığortamdan 1500 manat çıxılsa belə nədənsə məndən əlavə nağd pul da istənildi. Aşkar şəkildə Gəncə Mərkəzi Klinikasından israrla, nağd olaraq "500 manatı ödəməsən, əməliyyatı etmiriik" dedilər... Bu nə dərəcədə doğrudur? Bunlara bir nəzarət edən yoxdurmu?" Geri qayıt |