Əsas Səhifə > Siyasət, Manşet > "İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik"
"İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik"26-06-2024, 10:28 |
“108 B nömrəli avtobus Mehdiabad qəsəbəsindən Azadlıq metrosuna qədər işləyir. Tək mən yox, bütün Binəqədi qəsəbə sakinləri bu avtobusdan şikayətçidir. Avtobus yaxşı işləmir, yarım saatdan bir intervalı var. İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik” Bunu Moderator.az-a şikayətçi Gülər Məmmədova deyib. O daha sonra əlavə edib. “Nəzərə alsaq ki, Binəqədi kəndində əhali çoxdur, bu da problemi birəbeş artırır. Avtobusun sonuncu dayanacağı Azadlıq metrosunun qarşısıdır. Təsəvvür edin, axşam saat 9-dan sonra ümumiyyətlə avtobus tapmaq olmur. Gələn avtobus da 35-40 dəqiqə intervalla işləyir. Sürücü avtobusu qoyub çıxıb gedir. Sürücünü axtarırıq, tapa bilmirik ki, sözümüzü deyək. Yəqin çay içməyə, yemək yeməyə gedir. 1 saata yaxın interval olar?! 45 dəqiqədən sonra sürücü gəlir. O gələnə qədər artıq avtobusda bir çoxu yatmış olur. İnsanlar işdən arğın-yorğun halda çıxırlar. Onları qətiyyən qınamıram. Etiraz edəndə də deyir ki, avtobus yoxdur. Avtobus yoxdursa bu bizim problemimiz deyil. Avtobusda kondisioner sistemi yoxdur. Hamının başından su damcılıyır. 108 A nömrəli avtobus yenilərdəndir, Bakı Bus-dur. Sərnişinlərin hər cür rahatlığını təmin ediblər, konsidioner işləyir” deyə o bildirib. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Geri qayıt |