Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvan səhiyyəsində TOTAL TƏFTİŞ QƏRARI...
Naxçıvan səhiyyəsində TOTAL TƏFTİŞ QƏRARI...5-07-2024, 08:59 |
Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində yoxlamalara başlayıb. TNS xəbər verir ki, bu barədə Hesablama Palatasının dünən keçirilən kollegiya iclasında məlumat verilib. İclasda Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin istifadəsinin və idarə olunmasının auditinə, İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirlərinin və xərclərinin icrasının auditinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən (seçmə qaydada) dövlət vəsaitinin və digər dövlət əmlakının, istifadəsinin və idarə edilməsinin auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramlarının təsdiq edilməsi barədə qərarlar qəbul edilib. Əldə etdiyimiz məlumata görə, kənar dövlət maliyyə nəzarəti tədbiri 2023-cü ili və 2024-cü ilin ötən dövrünü əhatə edəcək. Qeyd edək ki, Naxçıvanda səhiyyə sahəsində ciddi qüsurların olduğu barədə sosial şəbəkələrdə və mediada məlumatlar yayılır. Səhiyyə Nazirliyi tərəfindən dövlət əmlakından və vəsaitindən düzgün istifadə olunmadığına dair faktlar var. Səhiyyə naziri Samiq Sadıxovun bu sahəyə rəhbərlik etdiyi dövrdə səhiyyə sistemində bir çox qanunsuzluqlara yol verilib, problemlər yaradılıb. Xatırladaq ki, Samiq Sadıxov ötən ilin aprel ayında səhiyyə nazirinin birinci müavini, bu ilin may ayında isə nazir təyin edilib. O, əvvəllər Naxçıvan Muxtar Respublikası İcbair Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb. Geri qayıt |