Əsas Səhifə > Siyasət, Manşet > Nərimanovun icra başçısı `Gold Residence` MTK-dan XƏBƏRSİZDİR?
Nərimanovun icra başçısı `Gold Residence` MTK-dan XƏBƏRSİZDİR?16-08-2024, 17:09 |
Dünən Nərimanov rayonu, Fətəli Xan Xoyski 128/130 ünvanından redaksiyamıza yerli sakinlər tərəfindən müraciət olunaraq, ərazidə qanunsuz söküntü işlərinin aparıldığı, içində sakinlər olan bu binalarda vətəndaşların hədə-qorxu ilə evlərindən məcburi çıxarıldığı və "Gold Residence MTK" adlı tikinti şirkətinin yerli sakinlərə laqeyd və kobud münasibət göstərməsi yönündə iddialar əsasında şikayət irəli sürülmüşdü. YAZISI BURADA: Bakıda yeni QULDUR PEYDA OLUB: Bu dəfə `Gold Residence` MTK... - "Adını "Hacı" qoyub, hacılıq bunun baş daşındadır, yoxsa əməlində?" Dia-az.İnfo-nun əldə etdiyi məlumatlardan aydın olur ki, məsələ ilə bağlı yuxarı instansiyalar yerli icra qurumlarına qəti tapşırıq veriblər. "Sakinlərin problemi həll olunmaqla yanaşı, bu problemi yaradanlar mütləq cəzalanacaq" deyən mənbə əlavə edib ki, belə bir mühüm olayların ərəfəsində "Gold Residence MTK" kimi şirkətlərin özbaşınalığı açıq təxribat faktı kimi də dəyərləndirilə bilər... Onu da qeyd edək ki, olay sosial şəbəkələrdə də geniş şəkildə qınanıb və hadisənin səbəbkarlarından biri kimi ərazi üzrə Nərimanov rayon İcra Hakimiyyəti də ictimai qınağa tuş gəlib. Haqlı olaraq sual olunub ki, olaylardan Nərimanovun icra başçısının mütləq şəkildə xəbəri var... Məsələ diqqətimizdədir. Geri qayıt |