Əsas Səhifə > Siyasət, Manşet > Ağdamın icra başçısının PSEVDO işgüzarlığı...

Ağdamın icra başçısının PSEVDO işgüzarlığı...


17-08-2024, 09:06
Ağdamın icra başçısının PSEVDO işgüzarlığı...
"Ağdam icra hakimiyyətinin saytında yerləşdirilən xəbər diqqətimi çəkdi. Xəbərdə bunlar yazılıb: “08 avqust 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “City Hotel Ağdam”ın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüş zamanı Qarabağın iqtisadi inkişafına dəstək çərçivəsində yeni əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılmışdır”. Vəssəlam. Üç cümlədən ibarət bu xəbərdən anlamaq olmur ki, icra hakimiyyətinin başçısı otelin tikintisi ilə bağlı hansı zəruri məsələləri müzakirə edib, görüşdə konkret nələr haqqında danışılıb?" Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış ekspert Elxan Şahinoğlu çıxış edib.
Xatırladaq ki, bir müddət əvvəl Ağdamdan deputatlığa namizədliyi məhz yerli icra qurumlarının qan8unsuz müdaxiləsi ilə önlənən siyasi ekspert vəd etmişdi ki, bundan sonra Ağdam RİH rəhbərliyini gözdən qoymayacaq... fəaliyyətini təqib edəcək. Beləliklə, ilk təqiblə elə ilk maraqlı məqama aydınlıq gətirən E.Şahinoğlu daha sonra əlavə edir:
"Bu otelin təməlini Prezident İlham Əliyev təxminən iki il əvvəl qoyub. Dövlət başçısı Qarabağda və Şərqi Zəngəzurda otellərin tikintisinə xüsusi əhəmiyyət verir. Çünki azad olunan torpaqlara səfərlərin sayı artıb, xarici qonaqların iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda konfrans və seminarlar keçirilir.
Ağdam icra hakimiyyəti görüntü xatirinə tikintisi davam edən otellə bağlı üç çümləlik xəbər yaymaqdansa ətraf kəndlərlə birgə on minlərlə əhalisi olan Quzanlı qəsəbəsində qonaqlar üçün kiçik də olsa mehmanxananın tikintisi barədə düşünməli idi. Quzanlı kimi böyük qəsəbədə qalmağa iki yer var. Biri Olimpiya Kompleksidir ki, bir neçə qonaq otağı təcili təmir tələb edir, bəzən heç orada da yer olmur (kompleks 2008-ci ildə istifadəyə verilsə də, otaqlardakı çarpayı və şkaflar keçmiş sovet dövrünə aiddir, sanitar qovşaqları bərbad gündədir), o birisi də İcra Hakimiyyəti binasının arxasındakı qonaq evidir ki, orada qalmaq üçün icra hakiminin və ya müavinlərinin icazəsi lazımdır..."

Geri qayıt