Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanın İsmayıl Əhmədov dönəmi artıq tarixə çevrilib...

Naxçıvanın İsmayıl Əhmədov dönəmi artıq tarixə çevrilib...


4-09-2024, 11:06
Naxçıvanın İsmayıl Əhmədov dönəmi artıq tarixə çevrilib...
"Naxçıvanda post-Talıbov dönəmində aparılan struktur və kadr islahatlarından sonra zühur edən, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədov yaratdığı MMC-nin adına uyğun olan işlərlə məşğul olub.

Məqalədə daha sonra bildirilir: "Yəni bu iş adamı məşhur “qoçu Əsgər”in "kişmiş yeyən keçisi" kimi Naxçıvanda aparılan, demək olar ki, bütün tikintilərdən haqq alıb. Muxtar respublikada aparılan tikintilərin əksəriyyətinə nəzarət edib və söszüz ki, onlardan layihənin həcminə uyğun qeyri-qanuni vəsait alıb. Naxçıvanda fəaliyyət göstərən iş adamlarından birinin sözlərinə görə, İsmayıl Əhmədov Talıbov dönəmindən sonra Naxçıvan Muxtar Respublikasında aparılan bütün tikintilərə nəzarət edib və özünü xüsusi dövlət mandatı verilmiş məmur kimi aparıb. Ölkə qanunvericiliyinə görə, əslində özəl tikinti şirkəti özü oz layihəsini sərbəst şəkildə idarə etmək hüququna malikdir. Lakin sahibkarlar İsmayıl Əhmədov tərəfindən bu hüquqlarından məhrum edilib". Bu barədə Dia-az.İnfo-ya daxil olan məqalədə deyilir.

Naxçıvanın İsmayıl Əhmədov dönəmi artıq tarixə çevrilib...

MƏQALƏNİN ƏVVƏLİ BURADA: NAXÇIVANDA TİKİNTİ BİZNESİ DAVASI - İLGİNC TƏFƏRRÜAT

Məqalənin davamında deyilir:

"Naxçıvanın İsmayıl Əhmədov dönəmi də artıq tarixə çevrilib. Gec də olsa dövlət orqanları işə qarışdı. Artıq deyilənə görə, Naxçıvan sahibkarlarının canı İsmayıl Əhmədovdan birtəhər qurtulur. Belə ki, Naxçıvandan gələn xəbərlərə görə, artıq İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmaqdadır.

Amma maralıdır, hüquqi baxımdan "Tikilməkdə olan layihələrin idarə edilməsi" adında MMC-nin yaradılması nə qədər qanunauyğundur? Bu ad tikinti ilə məşğul olan sahibkarları çaşdıraraq tora salmırmı? Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə buna bənzər menicment təşkilatlar var. Sahibkarlar öz arzusu ilə onları layihələrinin idarə edilməsi üçün cəlb edirlər. Amma həmin şirkət sahibkara müqavilə əsasında xidmət edir və zəhmət haqqı alır. İsmayıl Əhmədov isə bu adla tikinti şirkətlərini təhdid etməklə onlardan haqq alıb.

Hüquqşünas Namizəd Səfərov bu barədə bizimlə söhbətində bildirdi ki, MMC-lərin qeydiyyatında əsas məsələ nizamnamə ilə Cəmiyyətə verilən hüquqlardır, ad o qədər də əhəmiyyət kəsb etmir: "Amma Ədliyyə Nazirliyi MMC-ni qeydə alarkən Azərbaycan reallıqlarını da nəzərə alaraq bu cür adda MMC qeydə almamalıdır. Sahibkar istədiyi adı seçə bilər, amma Ədliyyə Nazirliyinin də adi dəyişmək, korrektə etmək, sahibkara digər ad təklifi imkanı yaratmaq səlahiyyəti var. Nazirlik bu səlahiyyətlərdən istifadə edərək adı dəyişməli idi..."

DAVAMI MÜTLƏQ OLACAQ...
Geri qayıt