Əsas Səhifə > Siyasət, Manşet > Aldıqları maaşları da nəqliyyata gedir...
Aldıqları maaşları da nəqliyyata gedir...9-09-2024, 08:31 |
Kompleks Qazma İşləri Trestində çalışan işçilər narazılıq edir. Dia-az.İnfo xəbər verir ki, bu paylaşımla tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib. Neftçi şikayətində bildirir: "2021-ci ildən sonra bizim işə gedib-gəlmək problem olub. Nəqliyyat yoxdur. Əvvəl "Koroğlu" metrostansiyasından gəmiyə kimi avtobus ayırırdılar, indi isə özumuz gedirik. Taksilərin də qiyməti qalxıb: əvvəl 15-16 manat olan yol indi 25-30 manatdır. İctimai nəqliyyatla gəlmək olmur, Çünki 15-16 günün ərzağını özümüz gətiririk. Dənizdən çıxanda elə olur ki gecə olur... saatlarla taksi gözləməli oluruq. "Azneft" İstehsalat Birliyi öz işçiləri üçün maşın ayırır, amma Kompleks Qazma İşləri Tresti (KQİT) yox. Müqavilədə yazılıb ki, iş yerinə işəgötürən çatdırmalıdır. Hər ay ən azı 60 manat taksiyə pul veririk ("20 yanvar" metrostansiyasından Dübəndiyə və əks istiqamətə)... Xahiş edirik ki, bu barədə yazın bəlkə KQİT-nin rəhbəri görə... Bəlkə də onun xəbəri yoxdur, çünki Tresti döndəriblər qoruğa... İçəri girib hec kimə söz demək olmur... Taksilər də posta kimi aparır... ordan gəmiyə azı 2 kilometr yol var..." Geri qayıt |