Əsas Səhifə > Siyasət, Manşet > Ordu sistemində yeni həbs dalğası gözlənilir - Səfər Əbiyevə qarşı ittiham olmasa da, durumu qəlizdir

Ordu sistemində yeni həbs dalğası gözlənilir - Səfər Əbiyevə qarşı ittiham olmasa da, durumu qəlizdir


30-04-2014, 09:50
Ordu sistemində yeni həbs dalğası gözlənilir - Səfər Əbiyevə qarşı ittiham olmasa da, durumu qəlizdir
DİA.AZ: - Sabiq vitse-admiral Şahin Sultanovun qollarının qandallanmasından və Müdafiə Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin sabiq rəhbəri, seysmoloq Elçin Xəlilovun həbsindən sonra keçmiş müdafiə naziri Səfər Əbiyevin də həbsinə əsaslar yaradılacağı haqda versiyalar ilk olaraq dövriyyəyə buraxılanı oldu. Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub.

Mötəbər mənbələrdən redaksiyamıza ötürülən informasiyada bildirilir ki, əslində bu gün hüquqi qiymət verilən faktların böyük əksəriyyəti hələ Səfər Əbiyevin dövründən məlum idi və elə bu faktlar keçmiş nazirin görəvdən alınmasında müstəsna rol oynayıb.

Məlumatlı mənbənin dia-az.life-a söylədikləri: «Səfər Əbiyevə bu barədə dəfələrlə işarə edilmişdi. Amma o, öz çevrəsi haqda sərt addımlar ata bilmədi. Ona görə də vəzifəsini də itirməli oldu. Səfər Əbiyevə də yaxşı məlum idi ki, hələ prezidentin administrasiyasının təhlükəsizlik və müdafiə məsələləri üzrə istiqamətinin rəhbəri Vahid Əliyevin orduda təftiş işi həyata keçirdiyi dönəmdə ortaya ilginc faktlar çıxmışdı».

Mənbəmiz iddia edir ki, həmin zaman ortaya qalın bir dosya qoyuldu ki, bu faktlar da orduda böyük yeyintidən xəbər verirdi: «Amma Səfər Əbiyev nəinki faktlar üzərə hərəkətə keçmədi, əksinə Vahid Əliyevin topladığı dəlilləri şəxsi düşmənçilik kimi də təqdim etməyə çalışdı. Bu, isə onun barəsində məlum qərarın verilməsinə nədən oldu».

Ordu sistemində yeni həbs dalğası gözlənilir - Səfər Əbiyevə qarşı ittiham olmasa da, durumu qəlizdir

Səfər Əbiyevin bu dalğada həbsə atılıb-atılmayacağına gəlincə isə məlumatlı mənbə belə bir versiyanın imkansız olduğunu da söylədi: «Səfər Əbiyevin tək günahı tədbir görülməməsindədir. Ona qarşı hansısa yeyinti, korrupsiya və digər bu kimi qeyri-qanuni əməldən doğan ittiham mövcud deyil».

Amma mənbəmiz bildirdi ki, yeni həbslər qaçılmazdı: «Çox ciddi fiqurlar gedəcək. Hətta bu gün Zakir Həsənovun yanında yer alan baş qərargahın rəisi Nəcməddin Sadıqovun özünün belə bəzi suallara cavab verməsi zərurəti var ki, istintaq orqanları bu məsələni artıq qaldırıblar».

Geri qayıt