Əsas Səhifə > Siyasət, Manşet > Hansı rayonların icra başçıları yol üstündədir - Tərtər rayonuna yaxın günlərdə təyinat olacaq

Hansı rayonların icra başçıları yol üstündədir - Tərtər rayonuna yaxın günlərdə təyinat olacaq


2-05-2014, 10:37
Hansı rayonların icra başçıları yol üstündədir - Tərtər rayonuna yaxın günlərdə təyinat olacaq
DİA.AZ: - Bir müddət əvvəl Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin Bakıdakı rayonların birinə təyinat alacağı haqda informasiyalar yayılsa da, sonradan hansısa dəyişiklik baş vermədi. Bu barədə mətbuata danışan keçmiş deputat Əhəd Abıyevin özü isə Daşkəsəndəki yerindən məmnun olduğunu bildirdi. Halbuki ardından onun Bakının Xətai rayonu icra hakimiyyətinin başçısı postunda hazırki rəhbər Razim Məmmədovu əvəzləyəcəyi iddia olundu.

DİA.AZ bildirir ki, ümumiyyətlə, təkcə bu yerdəyişmə yox, daha bir neçə rayonun da icra başçısının vəzifələrindən azad ediləcəyi söylənilirdi və aprel ayının sonlarına dəyişikliklərin baş verəcəyi qeyd olunurdu. Lakin bu günə kimi sözügedən istiqamətdə elə bir tərpəniş müşahidə olunmur. Yalnız Tərtər rayonunun icra başçısı Kürdəmirə göndərildi, Kürdəmir və Ağdam rayonlarının icra başçıları isə vəzifələrindən alındı. Ağdam rayonuna MTN-dən kadr göndərilsə də, bu günə kimi Tərtər rayonuna heç bir təyinat olmayıb.

Bununla bağlı dia-az.lifeı- məlumatlandıran hökumət içindəki mənbə həm Tərtər rayonuna təyin olacağını bildirdi və həm də daha 3 rayonun rəhbərinin dəyişəcəyini söylədi. Mənbə iddia edir ki, Tovuz, Şəmkir və Xaçmaz rayonlarının rəhbərləri dəyişdiriləcək.

Eyni zamanda Bakının Xətai, Yasamal və Nizami rayon icra hakimiyyəti başçılarının da vəzifələrindən alınması gözlənilir. Bu dəyişikliklərin vaxtına gəlincə isə prosesin yaxın günlərdə start götürəcəyi bildirilir.

Geri qayıt